2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Avropa Məhkəməsindən daha 22 qərar

Azərbaycan bu dəfə mülkiyyət hüquqları ilə bağlı cərimələnib

“Bu gün Avropa Məhkəməsi Azərbaycana qarşı 22 iş üzrə qərarlarını elan edib”- bunu Facebook profilində vəkil Əsabəli Mustafayev yazır:

Saytların yığılması Saytlarin yigilmasi

“Həmin işlərdən 17-də mən nümayəndə qismində iştirak edirəm. Bu işlərin hamısı mülküyyət hüququnun müdafiəsi ilə bağlıdır. Bu məqamı xüsusilə vurğulayıram. Çünki bəzən mənə və digər kollegiyalarıma irad bildirilir ki, biz ancaq siyasi və içtimai fəalları müdafiə edirik, digər ehtiyacı olanlar xidmətimizdən istifadə edə bilmir. Qeyd etməliyəm ki, Avropa Məhkəməsinə göndərdiyim 370 şikayətin ən azı yarsında ərizəçilər heç bir siyasi və içtimai fəaliyyətlə məşğul olmayanlardır. İndiyə qədər udduğumuz işlərin də əksəriyyəti adi mülkü və ya cinayət işləridir. Şanslı olan heç bir işi icraata götürməkdən də imtina etmirik.
P.S. Bununla da Avropa Məhkəməsində udduğumuz işlərin sayı 132 oldu”.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button