2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Avropa Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarından 3 il ötür

“İlqar Məmmədov məhz hökuməti tənqid etməsinə görə cəzalandırılıb”

Saytların yığılması Saytlarin yigilmasi

Mayın 22-də Avropa İnsan Haqları Məhkəməsinin azərbaycanlı siyasətçi İlqar Məmmədovla bağlı qərarından 3 il ötür. Məhkəmə qərarında bildirmişdi ki, REAL Hərəkatının lideri məhz hökuməti tənqid etməsinə görə cəzalandırılıb.

Qərara, Avropa Şurasının müxtəlif qurumlarının dəfələrlə etdiyi çağırışlara baxmayaraq, İ.Məmmədov hələ də həbsdədir.

Vətəndaş Həmrəyliyi Platforması və Hüquqlar uğrunda İdman Koalisiyasının üzvləri Avropa Şurası Nazirlər Komitəsini qərar yerinə yetirilmədiyinə görə onu yenidən Avropa Məhkəməsinə təqdim etməyə çağırırlar.

“Yanlış olaraq həbsə atılmış, dörd ildən artıq bir müddəti həbsxanada keçirmiş bu hökumət tənqidçisi üçün ədalət təmin olunmalıdır. Eyni zamanda, Avropa Şurasının regionda insan haqları və hüququn aliliyinin təminatçısı kimi rolu qorunmalıdır”, – deyə bəyanatda deyilir.

Mayın 22-də yayılmış bəyanatı Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrin insan haqları təşkilatları imzalayıblar.

Onların fikrincə, İ.Məmmədovun işi Avropa Şurasının legitimliyinin sınaq məsələsinə çevrilib.

“… Nazirlər Komitəsi Avropa Şurasının bütövlüyünün qorunmasından ötrü sərt addım ata, Azərbaycan hakimiyyətinin Avropa Konvensiyası öhdəliklərini yerinə yetirməsinə, Avropa Məhkəməsinin qərarına uyğun olaraq İlqar Məmmədovu azad etməsinə nail ola bilər”, – bəyanatda vurğulanır.

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib. Avropa İnsan Hüquqları Məhkəməsi 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb.

Bu qərardan sonra onun işi Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Ötən il aprelin 29-da Şəki Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra müdafiə tərəfi Şəki Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə noyabrın 18-də kassasiya şikayətini təmin etməyib.

Avropa Şurası Nazirlər Komitəsi 2016-ci il sentyabrın 20-də keçirilən iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu açıqlayıb.

Avropa Şurasının baş katibi Torbyorn Yaqland məhkəmə qərarının icra olunmamasıyla bağlı rəsmi təhqiqat da başladıb.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button