2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Avropa Məhkəməsinin jurnalistin işinə prioritet baxacağı gözlənilir

Avropa İnsan Hüquqları Məhkəməsi hazırda həbsdə olan “Kanal-13” internet kanalının rəhbəri Əziz Orucovun (Qaraşoğlu) şikayətinə prioritet qaydada baxılacağı gözlənilir. Bu barədə jurnalistin vəkili Cavab Cavadov məlumat verib. Vəkilin sözlərinə görə, Strasburq Məhkəməsinə göndərilən şikayətdə prioritet qaydada baxılması istənilib.
Vəkil xatırladıb ki, Avropa İnsan Hüquqları Məhkəməsinin əsasnaməsində edilən dəyişikliyə əsasən jurnalistlərin şikayətlərinə prioritet baxılması nəzərdə tutulur.
Vəkil bildirib ki, şikayətdə inzibati həbs, sonrakı ilkin həbs, mənzilində və ofisində olan axtarışlarla bağlı qanunsuzluqlardan bəhs olunur.
Qeyd edək ki, Əziz Orucov haqqında Cinayət Məcəlləsinin 192.2 (qanunsuz sahibkarlıq və külli miqdarda gəlir əldə etmə) və 308.2 (vəzifə saxtakarlığı ağır nəticələrinə səbəb olması) maddələri ilə cinayət işi açılıb. (Gununsesi.info)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button