2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Avropa Məhkəməsinin jurnalistlə bağlı qərarı: “Təzminatı ödəmirlər”

Yayımlandı: 6 Oktyabr 2022 14:09

Fikrət Fərəməzoğlu: “Kompensasiya ədalətin tam bərpası deyil, bəraət istəyirəm”

Jurnalist Fikrət İbişbəyli (Fərəməzoğlu) Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarı ilə ona ödəniləcək təzminatı ala bilmədiyini deyir.

Saytların yığılması Saytlarin yigilmasi

O bildirib ki, kompensasiyanın ödənməsi üçün qərarda göstərilən 3 ay müddət çoxdan bitib, lakin kompensasiya ödənilmir:

“Avqustda bank hesabı açıb, həmin hesab nömrəsini Avropa Məhkəməsinin Azərbaycan Nümayəndəliyinə göndərmişik. Vəkilim Elçin Sadıqov iki dəfə nümayəndə ilə danışıb. Hər dəfə min bəhanə gətiriblər. Kompensasiyanı ödəmək istəmirlər və səbəbini də bildirmirlər”.

Jurnalist hesab edir ki, kompensasiyanın verilməsi ədalətin tam bərpası deyil.

Onun sözlərinə görə, bu, o halda mümkündür ki, qanunsuz yerə həbs edilməyə görə bəraət verilsin:

“Ümumiyyətlə, bir günlük həbsin belə kompensasiyası mümkün deyil. Həmin anın stressi, üzləşdiyin haqsızlıq, azadlığının şərləmə üsulu ilə məhdudlaşdırılması necə kompensasiya edilə bilər ki? Amma məhkəmə bu barədə müəyyən təzminat təyin edibsə, bu, artıq bizim haqqımız və təsəllimizdir”.

Fikrət İbişbəyli bildirib ki, bu məhkəmə qərarı onun barəsində olan qanunsuz saxlanmanı ehtiva edir. Bundan başqa, daha iki işi də Avropa Məhkəməsindədir.

Jurnalist ümid edir ki, işgəncə və qanunsuz hökmlə bağlı AİHM qısa zamanda hökmünü elan edəcək və bəraətinə qərar verəcək.

Jurnalistin şikayəti ilə bağlı Prezident Administrasiyasından münasibət öyrənmək mümkün olmayıb.

Azərbaycan hökuməti Fikrət İbişbəyliyə 3500 avro təzminat ödəməlidir.

Bununla bağlı qərarı AİHM iyunun 23-də verib.

“Fikrət İbişbəyli Azərbaycana qarşı” – məhkəmə işi jurnalist olan ərizəçinin məhkəməyə qədər həbs edilməsi ilə bağlı olub.

Ərizəçi AİHM qarşısında məhkəməyə qədər həbsdə saxlanılmasının onun azadlıq və toxunulmazlıq hüququna zidd olduğunu iddia edib.

AİHM ərizəçinin iddiasını əsaslı hesab edərək, məhkəməyə qədər 11 ay 14 gün həbsdə tutulmasının ərizəçinin Konvensiyanın 5.3-cü maddəsi ilə təminat altına alınan hüquqlarına zidd olduğuna qərar verib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button