2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Avropa Parlamenti Avropa İttifaqını Şərq Tərəfdaşlığı ölkələrinin müdafiəsi üzrə qətiyyətli siyasət yürütməyə çağırır

Bakı/16.09.21 Sentyabrın 16-da Avropa Parlamenti “Rusiya-Avropa İttifaqı siyasi münasibətlərinin istiqaməti” adlı qətnamə qəbul edib. Sənəddə Putin rejimi Avropanın təhlükəsizliyi üçün böyük çağırış adlandırılır, Avropa İttifaqına sanksiya imkanlarını artrımaq və Rusiya Federasiyasından neft və qaz asılılığını azaltmaq tövsiyə olunur.     

Şərq Tərəfdaşlığı siyasətinə gəlincə, Avropa Parlamenti Şura, Komissiya və Komissiyanın vitse-prezidentinə / İttifaqın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə  öz müdafiə imkanlarını möhkəmləndirməklə və Rusiya hakimiyyətinə təzyiq göstərməklə onun Avropa İttifaqının şərq və cənub bölgələrinə müdaxilə etməməsinə nail olmağı tövsiyə edir; xüsusilə, Avropa İttifaqı tələb etməlidir ki, Rusiya Şərq Tərəfdaşlığı regionunda cari münaqişələrin həlli, işğal olunmuş və qanunsuz anneksiya edilmiş ərazilərin geri qaytarılmasından tutmuş gələcək istənilən münaqişənin qarşısının alınması ilə bağlı onların beynəlxalq səviyyədə tanınmış sərhədlərinə uyğun olaraq və  Avropa İttifaqı, Avroatlantika ölkələrinin seçiminə və demokratiyaya  hörmət edərək Avropa İttifaqı, ATƏT və ya Birləşmiş Millətlər Təşkilatı kimi beynəlxalq təşkilatlar qarşısında  öhdəlik götürsün.

Parlamentarilər hesab edirlər ki, Avropa İttifaqı Avropanın gələcəyinə dair qarşıdakı konfransda Avropa İttifaqı Şərq qonşuluğuna inteqrasiya üzrə yeni təkana hazırlaşmaq və Avropa İttifaqına istiqamətlənmiş Şərq Tərəfdaşlığı ölkələrinin uğurlu inkişafını dəstəkləmək üçün geniş əməkdaşlıq strategiyası təklif edə bilər. Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrinin təşkilata üzvlüyü ilə bağlı realist perspektivləri dəstəkləməli, bununla da gələcək islahatların aparılması üçün onların motivasiyasını saxlamalıdır.  

Saytların yığılması Saytlarin yigilmasi

Avropa Parlamenti Avropa İttifaqını Ukrayna, Gürcüstan, Moldova, Ermənistan, Azərbaycan və Belarus tərəfindən təşkilatın siyasi, demokratik, sosial və hüquqi meyarlarının icrasının dəstəklənməsini davam etdirməyə çağırır.

Avropa İttifaqı təşkilat ilə assosiasiya sazişi olan Şərq Tərəfdaşlığı ölkələrinin inteqrasiyasının daha iddialı strategiyasını irəli sürməlidir. Beləliklə, Avropa İttifaqı bu ölkələrə “institutlardan başqa hər şey” modelinə əsaslanan model təklif etməklə, Avropa İttifaqına inteqrasiyada bütün üstünlükləri (Avropa İttifaqının ümumisiyasətinə, maliyyə resurslarına və yurisdiksiyasına çıxış imkanları) təqdim etməklə və bu zaman Avropa İttifaqına gələcək üzvlüyə qapını açıq saxlamaqla onları islahatlar aparmağa həvəsləndirəcək.

Sənəddə energetikaya xüsusi diqqət yetirilir. Avrolı deputatlar hesab edirlər ki, əgər  Moskva  “Avropa İttifaqı dövlətlərinə qarşı təhdidlərini və Şərq tərəfdaşlığı ölkələrinə – Ukrayna, Gürcüstan, Moldova, Belarus, Azərbaycan və Ermənistana qarşı hərbi fəallığını davam etdirərsə, Avropa İttifaqı  Rusiyadan neft və qaz idxalını məhdudlaşdırmağa hazır olmalıdır. 0-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button