2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Avropa Parlamenti Lukaşenkanın legitimliyini tanımayacaq


Avropa Parlamenti böyük səs çoxluğu ilə Alyaksandr Lukaşenkanın Belarus prezidenti kimi legitimliyinin tanınmaması barədə qətnamə qəbul edib.

Qətnamədə deyilir ki, Lukaşenkanın legitimliyi onun hazırkı prezidentlik müddəti ilə eyni vaxtda başa çatır.

Lukaşenkanın hazırkı prezidentlik müddəti noyabrda bitir.

Saytların yığılması Saytlarin yigilmasi

Avropa İttifaqı və Qərb Belarusda avqustun 9-da keçirilmiş prezident seçkisinin nəticələrini “saxta” adlandırıb.

Avropa Parlamentinin sentyabrın 17-də səsverməyə çıxardığı bu qətnaməni 574 millət vəkili dəstəkləyib. 37 millət vəkili qətnamənin əleyhinə səs verib, daha 82 deputat bitərəf qalıb.

Bu qətnamədə Belarusda mümkün qədər tez yeni prezident seçkisinin keçirilməsinə çağırış edilir.

Avropa Parlamentinin qətnaməsində deyilir ki, qurum noyabrın 5-dən sonra Lukaşenkanı Belarusun legitim başçısı kimi tanımayacaq.

Avropa İttifaqının üzv ölkələri hazırda Belarus hakimiyyətinin rəsmilərinə qarşı viza qadağanı qoyulması məsələsini nəzərdən keçirir.

Yeni sanksiyalar habelə Lukaşenka rejimi rəsmilərinin Avropadakı mülkiyyətinə həbs qoyulmasını nəzərdə tutur.

 

Belarus demokratiyasının maliyyələşdirilməsi

Avqustun 9-da Belarusda keçirilmiş prezident seçkisinin rəsmi nəticələri elan ediləndən bəri bu ölkədə Alyaksandr Lukaşenkanın hakimiyyətinə qarşı etiraz aksiyaları ara vermir.

Rəsmi nəticələrə görə Lukaşenka səslərin 80 faizini qazanıb. Müxalifət onun reallıqda 3 faiz səs qazandlığını bildirir.

Avropa İttifaqının qətnaməsində habelə Lukaşenkanı dəstəkləyən Rusiya rəsmilərinə qarşı da sanksiyaların qoyulması təklif olunur.

Rusiya Lukaşenkanın hakimiyyətini dəstəkləyir və Kreml Belarusdakı böhrana görə ABŞ-ı və Qərbi ittiham edir.

 

Avropa Parlamentinin qətnaməsində “demokratik Belarusun qüvvələri” üçün maliyyə donorları konfransının çağırılması təklif olunur.

Qətnamədə deyilir ki, maliyyələşdirmədə G7 qrupu və Avropa İttifaqının üzv ölkələri iştirak etməlidirlər.

Qətnamə Beynəlxalq Xokkey Federasiyasını Belarusu 2021-ci il Dünya Çempionatının ev sahibliyindən məhrum etməyə çağırır.

Belarusun Xarici İşlər Nazirliyi Avropa Parlamentinin qətnaməsini ölkənin daxili işlərinə “kobud müdaxilə” adlandırıb.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button