2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Avropa Parlamenti Ukraynanı uzaqmənzilli raketlərlə təmin etməyə çağırıb

Yayımlandı: 9 Fevral 2023 16:46

Roberta Mezola Qərb dövlətlərinə Kiyevə təyyarələr göndərməyi də tövsiyə edib

Avropa Parlamentinin Prezidenti Roberta Mezola Qərb dövlətlərini Ukraynanı təyyarə və uzaqmənzilli raketlərlə təmin etməyə çağırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə Roberta Mezola fevralın 9-da Avropa Parlamentində Ukrayna Prezidenti Volodimir Zelenskinin səfəri zamanı danışıb.

R.Metsola qeyd edib ki, bu, Ukraynaya yardımın növbəti addımı olmalıdır:

“Biz hərbi yardım və texnika veririk. Növbəti addım isə Ukraynanı döyüş təyyarələri və uzaqmənzilli silahlarla təmin etmək məsələsini nəzərdən keçirmək olmalıdır. Bizim cavabımız təhlükə ilə mütənasib olmalıdır, çünki təhlükə çox yüksəkdir”.

Volodimir Zelenski çıxışı zamanı deyib ki, Rusiya müharibəsinin yaratdığı təhlükə təkcə Avropanın bu və ya digər hissəsindəki ərazilər üçün deyil:

“Təhlükə ondan ibarətdir ki, sovet silahları çılğın bir diktatorun əlindədir. Biz özümüzü ən böyük anti-Avropa qüvvəsinə qarşı müdafiə edirik. Biz sizinlə döyüş meydanındayıq”.

2022-ci ilin noyabrında Avropa Parlamenti Rusiyanı terroru himayə edən və terror vasitələrindən istifadə edən dövlət elan edib.

Müvafiq qətnaməni 494 deputat dəstəkləyib, 58 deputat əleyhinə səs verib, 44 deputat bitərəf qalıb.

Yanvarın 19-da avropalı deputatlar Rusiyanın siyasi və hərbi rəhbərliyinin, o cümlədən Prezident Vladimir Putinin Ukraynaya qarşı törətdiyi təcavüz cinayətini təqib etmək üçün xüsusi beynəlxalq tribunalın yaradılmasını axtarmağa qərar veriblər.

Qərarın lehinə 472 deputat səs verib, 19-u əleyhinə, 33-ü isə bitərəf qalıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button