2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

“Avropa Parlamentində Ermənistanla Azərbaycan arasında sülh platformasının həyata keçirilməsinin tərəfdarıyıq”

Səməd Seyidov: “Azərbaycan danışıqlara hazırdır, qarşı tərəfin razılığının olması isə sual altındadır”
“Ermənistan və Azərbaycan arasında sülh platformasının Avropa Parlamentində və başqa beynəlxalq təşkilatlarda həyata keçirilməsinin tərəfdarıyıq. Bu mesajı həm Avropa Parlamentində, həm təşkilatın buradakı nümayəndə heyəti ilə görüşlərdə, həm də başqa beynəlxalq təşkilatlarda səsləndiririk”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa Parlamentinin nümayəndə heyəti ilə birgə keçirilən brifinqdə bildirib.

O qeyd edib ki, ancaq bu münasibətlər qarşılıqlı olmalıdır: “Azərbaycan danışıqlara hazırdır. Qarşı tərəfin razılığının olması isə sual altındadır. Əminəm ki, açıq, sərbəst şəkildə təşkil olunmuş komitələr arasında münasibətlər həm Azərbaycan parlamenti ilə Avropa Parlamentinin əlaqələrini inkişaf etdirəcək, həm də Azərbaycanın ən ağrılı problemi Dağlıq Qarabağ məsələsi ilə bağlı həqiqətlərin Avropa ictimaiyyətinə çatdırılmasında böyük rol oynayacaq”.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button