2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Avropa Parlamentindən 3 milyardlıq korrupsiyanın araşdırılması tələb edilir

avroparlament1Avropa Parlamentinin bir qrup üzvü Azərbaycanda keçirilən seçkilər və ölkədə insan hüquqlarının vəziyyəti ilə bağlı müsbət hesabatlar hazırlanması qarşılığında Avropa Birliyi rəsmilərinin rüşvətlə ələ alınması iddiaları ilə bağlı araşdırma aparılmasını tələb edir.

OCCRP Berlingske və digər tərəfdaşları ilə əməkdaşlıq nəticəsində Azərbaycan elitasının nüfuzlu Avropa siyasətçilərinin susqunluğunu və ya tərifini satın alması faktlarını aşkara çıxarmışdır. Bu zaman Azərbaycan hakimiyyəti 90 nəfərdən çox fəalı, jurnalisti və müxalif siyasətçini siyasi motivlərlə həbsə atmışdı. Rüşvət alanlar arasında AŞPA-nın keçmiş deputatları da var. Avropa Şurasının əsas vəzifəsi üzvü olan ölkələrdə insan hüquqları, demokratiya və qanunun aliliyini dəstəkləməkdir. Azərbaycan Avropa Şurasına 2001-ci ildən qoşulsa da, müstəqil müşahidəçilərin qənaətinə əsasən, bu ölkədə insan hüquqlarının vəziyyəti çox acınacaqlıdır. Yaşıllar qrupunun təşəbbüsü ilə bir sıra Avropa Parlamenti deputatları Azərbaycanla bağlı qalmaqalı nəzərə alaraq qurumun üçüncü ölkələrdə korrupsiya və insan hüquqları ilə bağlı hesabatına düzəliş etməyə üç dəfə cəhd göstəriblər.

Saytların yığılması Saytlarin yigilmasi

Lakin onlar heç vaxt siyasi çoxluğun dəstəyini qazana bilməyiblər. Ancaq 4 sentyabr tarixində “Azərbaycan Pulyuma Maşını” adlı hesabatın dərc olunması bu təşəbbüsə yeni impuls verdi. İndi artıq belə bir araşdırılmanın aparılmasını və korrupsiyanın qarşısının alınması üçün tədbirlərin görülməsini tələb edən parlamentarların sayı 95-in üzərindədir və onların heç də hamısı sol yönümlü deyil. Onlar parlament hesabatına yeni düzəliş təklif ediblər. Düzəlişə görə Avropa Parlamenti “Azərbaycan Pulyuma Maşını” araşdırmasından bəlli olduğu kimi Azərbaycanın və üçüncü ölkələridən olan digər avtokratik rejimlərin Avropa qərarvericilərinə qanunsuz vasitələrlə təsir etmək cəhdlərini qətiyyətlə pisləyir”. Dəyişikliyə görə Bakının və digər oxşar rejimlərin bu cəhdlərilə bağlı Avropa Parlamenti tərəfindən hərtərəfli və dərin araşdırma aparmaq və belə korrupsiya hallarının qarşısını almaq məqsədilə təsirli addımlar atmaq tələb olunur.

 

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button