2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Avropa Parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

Avropa Parlamentinin Xarici İşlər Komitəsinin sədri David MakAllisterin (EPP, DE) rəhbərliyi altında nümayəndə heyəti mayın 22-25-də Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək.

Virtualaz.org Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinə istinadən bildirir ki, səfər zamanı nümayəndə heyəti prezidentlər, spikerlər, iqtidar, eləcə də müxalifət partiyalarından olan parlament üzvləri və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilə görüşlər keçirəcək.

Avropa Parlamentinin 8 üzvü Aİ ilə Ermənistan arasında yeni sazişə dair əldə edilmiş razılığı, Aİ ilə Azərbaycan arasında yeni saziş ətrafında aparılan danışıqların gedişatını, Aİ ilə Gürcüstan arasındakı münasibətlərin dərinləşməsi məsələsi nəzərdən keçirəcək.

Saytların yığılması Saytlarin yigilmasi

D. MakAllister səfərqabağı bildirib ki, həmkarları və o, Azərbaycan, Gürcüstan və Ermənistana gələn həftə baş tutacaq səfəri səbirsizliklə gözləyir: ” Bu region Avropa İttifaqı üçün böyük əhəmiyyət kəsb edib, Şərq Tərəfdaşlığı siyasətimizin əsas tərəf müqabilidir. Əsasən sülh, təhlükəsizlik və ticarətin təşviq olunması baxımından bir çox birgə maraqlarımız var. Xüsusilə demokratiya, qanunun aliliyi, yaxşı idarəetmə, insan hüquqları və fundamental hüquqlar kimi dəyərlərimizi qorumalıyıq, çünki əməkdaşlığımızı daha da dərinləşdirməyə çalışırıq”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button