Loading...
Loading...
SEÇMƏ

Avropa qışda enerji təhlükəsi ilə üzləşəcəyindən narahatdır

Yayımlandı: 5 Sentyabr 2022 15:15

Qiymətlərin 30 faizdən çox artdığı bildirilir

Avropa ölkələri qışda iqtisadi və maliyyə böhranına çevrilmək təhlükəsi yaradan enerji fəlakətinin qarşısını almaq üçün yarışır.

Avropada sentyabrın 5-də qaz qiymətləri 30 faizdən çox artıb.

Səbəb sentyabrın 2-də Rusiyanın magistral qaz kəmərini qeyri-müəyyən müddətə bağlı saxlamaq qərarıdır.

Analitiklər düşünür ki, bazar bu qərara reaksiya verib və qiymətlər artıb.

“Bloomberg” yazır ki, bununla paralel olaraq avro da ucuzlaşıb.

Hazırda daha geniş maliyyə pozuntularının və qiymətin kəskin artmasının qarşısını almaq üçün mübarizə aparılır.

Avropanın energetika nazirləri də son görüşlərində enerji qiymətlərini cilovlamaq üçün radikal təklifləri müzakirə etməyə hazırlaşdıqlarını açıqlayıblar.

Bank xidmətləri göstərən “ING Groep NV” şirkəti Almaniyanın vətəndaşlara yüksək enerji qiymətləri ilə mübarizə aparmaq üçün ayırdığı 65 milyard avroluq yardımın iqtisadi tənəzzülün qarşısını ala bilməyəcəyini açıqlayıb.

Sentyabrın 4-də Almaniya aşağı gəlirli ev təsərrüfatları üçün daha yüksək subsidiyalar, tələbələrə və təqaüdçülərə ödənişlər, elektrik enerjisi qiymətlərinə məhdudiyyət daxil olmaqla tədbirlər paketi elan edib.

Proqramın tam olmasa da, tənəzzülün qarşısını qismən ala biləcəyi düşünülür.

Hazırda isə enerji böhranına ən çox məruz qalan sektorlar polad istehsalçıları, avtomobil hissələri istehsalçıları, kimya firmaları, sement istehsalçılarıdır.

Artan enerji xərcləri səbəbindən şirkətlərin istehsalı daha da azaltmalı ola biləcəyi qorxusu yaranıb. Bu da həmin məhsulların da bazar qiymətinin artması ilə nəticələnəcək.

Sosial sorğulara yönəlmiş məlumat və təhlil layihəsi olan “Termometro Politico”nun keçirdiyi sorğunun nəticələrinə görə, italiyalılar artan qaz qiymətləri və inflyasiyaya qarşı çıxmaq üçün Rusiyaya qarşı sanksiyaları ləğv etmək istəyir.

Sentyabrın 3-də dərc edilən sorğu nəticələrində respondentlərin 51 faizinin sanksiyaları ləğv etmək istədiyi, 44 faizinin isə sanksiyaların saxlanmasının lehinə olduğu məlum olub.

“Şimal axını”nın kəsilməsi qazla işləyən elektrik stansiyalarının istismar xərclərini artırdığı üçün bütün Avropada elektrik enerjisinin topdansatış qiymətləri artıb.

Almaniyanın gələn ay elektrik enerjisi 16 faizədək yüksəlib. Əvvəlki ilin göstəricisi isə 33 faiz artaraq meqavat-saat üçün 675 avroya qalxıb.

Xarici İşlər Nazirliyinin dövlət katibi Tamaş Mençer bazar ertəsi M1 ictimai televiziyasına bildirib ki, Macarıstana qaz nəqli fasiləsizdir.

Moskvaya qarşı sərt sanksiyalara qarşı çıxan ölkə Rusiya qazını Qara dəniz vasitəsilə “Türk axını” xətti ilə alır. Bu, 2022-ci ildə tədarükün kəsilmədiyi yeganə boru kəməridir.

Macarıstan rəsmilərinin bildirdiyinə görə, Rusiya hətta müqavilələrinə əlavə olaraq Macarıstana əlavə qaz həcmləri də verir.

Avropa İttifaqı Rusiyadan gələn qaz nəqlinin kəsilməsini kompensasiya etmək üçün öz qaz ehtiyatlarını artırır. Anbarların təxminən 82 faizi dolu olduğu halda, qışın ən azı bir hissəsi üçün buferə malikdir.

Gözdən qaçırmayın:  “Polislər məni ömürlük şikəstə çevirdi”

“Gas Infrastructure Europe”un məlumatına görə, regionun güc mərkəzi olan Almaniyada anbar sahələri hazırda 86 faiz doludur. Lakin Federal Şəbəkə Agentliyinin enerji tənzimləyicisinin prezidenti Klaus Mueller keçən ay xəbərdarlıq etmişdi ki, hətta qaz anbarı 95 faiz dolu olsa belə, Rusiya axınları dayandırsa, bu, kifayət etməyəcək.

Rusiya fevralın sonunda Ukraynaya hücuma başlayıb.

Avropa Birliyi ölkələri Rusiyanın Ukraynaya hücumunu işğal və qəbuledilməz sayıb, buna görə də Rusiyaya müxtəlif sanksiyalar qoyub.

Bütün bunlar isə hər iki tərəfin, yəni həm Rusiyanın, həm də Avropa Birliyi ölkələrinin iqtisadiyyatında zəifləmələrə, yüksəkfaizli inflyasiyaya səbəb olub.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button