2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Avropa siyasətçilərinin rüşvət alması çox pis hadisədir

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya qarşı Jurnalistika Layihəsinin “Azərbaycanın pulyuyan maşını” adlı yeni araşdırmasında Azərbaycanın Britaniya şirkətləri vasitəsi ilə 2.9 milyard dollarlıq ödənişlər etdiyi göstərilir. Sənəddə deyildiyi kimi, siyasi nüfuz qazanılması və beynəlxalq imicin yaxşılaşdırılması məqsədilə 2012-2014-cü illər arasında köçürülən pulların bir hissəsindən Avropada lobbiçilər və siyasətçilərə rüşvət verilməsi və bahalı əşyaların alınmasında istifadə edilib. Azərbaycan respublikası prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov araşdırmada göstərilmiş iddiaları qərəzli, əsassız və təxbirat xarakterli kimi qiymətləndirib. Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya qarşı Jurnalistika Layihəsinin nümayəndəsi İlya Lozovski Amerikanın Səsinə müsahibədə araşdırmanın əsas məqamları və mümkün nəticələrindən danışıb.

Saytların yığılması Saytlarin yigilmasi

Amerikanın Səsi: Sizin araşdırmanızda gəldiyiniz əsas nəticələr nədən ibarətdir?

İlya Lozovski: Biz dünyada gizli şəkildə pul köçürülməsi kimi böyük bir planın üstünü açmışıq. Biz buna “Azərbaycanın pulyuyan maşını” adı vermişik. Çünki bu yolla pul ödənişlərinin səbəblərindən biri onunla bağlıdır ki, pulun mənbəyi və onun təyinatı gizli saxlanılır. Bu sxemada dörd balıqqulağı şirkət var. Onlar əsl bizneslə məşğul olmur və Britaniyada qeydiyyatdan keçib. Biz 2.9 milyard dollar miqdarında transaksiyaları aşkar etmişik. Bu pullar bu şirkətlərə və bu şirkətlər vasitəsilə dünyanın müxtəlif yerlərində fərqli adamlara göndərilib. Bu şirkətlərin transaksiyaları və Azərbaycan hakimiyyəti və biznes dairələrinin elitasının nümayəndələri arasında güclü əlaqə var.

Əsas tapıntılardan biri budur ki, bu pulların çox hissəsinin haradan və haraya getdiyini bilmək mümkün deyil. Çünki pullar balıqqulağı şirkətlərin və ofşor şirkətlərin müxtəlif qatlarından keçir. İnsanlar bunu pulları gizlətmək üçün bilərəkdən edir. Amma pulun bir hissəsinin təyinatını tapa bilmişik. Ən böyük narahatlığa səbəb olan tapıntılardan biri odur ki, böyük məbləğdə pul Avropanın tanınmış siyasətçilərinə verilib. Onlar ya Azərbaycan hökumətini tərifləmək, ya da Azərbaycanı insan haqlarının durumu ilə bağlı tənqidlərdən müdafiə etməkdə mühüm rol oynayıb. Durum isə pis vəziyyətdədir. Ya da ki onlar Azərbaycanın imicinin yaxşılaşdırılmasına çalışıb. Azərbaycan hökuməti isə buna əhəmiyyət verərək çox vacib sayır. Buna görə də Avropa Şurası Parlament Assambleyasındakılar da daxil olmaqla siyasətçilərin üzv ölkələri insan haqları sahəsində pozuntulara görə məsul tutmaq əvəzinə gizli şəkildə balıqqulağı şirkətlərdən pul alması faktı olduqca böyük narahatlıq doğurur. Onlar həmin vaxtda Azərbaycanda seçkiləri monitorinq edib və bütün müstəqil hüquq müdafiə təşkilatlarının seçkilərin ədalətsiz keçdiyini açıq göstərdiyi halda, seçkilərin ədalətli keçdiyini deyiblər. Onların Azərbaycan üçün müsbət piarla məşğul olması böyük narahatlıq yaradır.

Amerikanın Səsi: Sizin də qeyd etdiyiniz kimi, araşdırmada pulu alan bir neçə adamın adı hallanır. Onların bəzisi Avropa Şurası Parlament Assambleyasının keçmiş üzvləridir. Bu necə mümkün olub?

İlya Lozovski: Bunlar gizli transaksiyalardır. Bu şəxslərin bir neçəsinin adları budur. Onlardan biri Almaniya siyasətçisi Edvard Lintnerdir. O, Parlament Assamnbleyasında olub və Assambleyada insan haqları məsələləri ilə məşğul olub. O, Assambleyadan çıxaraq, deyib ki, orada qalmaq istəmir. Çünki o fikirləşirdi ki, orada Azərbaycanda insan haqları ilə bağlı durumu kəskin tənqid edən qrup var, o isə bunu etmək istəməyib. O, seçkiləri müşahidə edib. 2013-cü ildə Azərbaycanda prezident seçkilərində Almaniya müşahidə missiyasının rəhbəri olub. O, konsensusla razılaşmayaraq, seçkilərin müəyyən dərəcədə Almaniya standartlarına yaxın keçdiyini bildirib. Bu arada da o, “Azərbaycanın pulyuyan maşını”nı təşkil edən balıqqulağı şirkətlər vasitəsilə ümumi məbləği 1.1 milyondan çox yüz minlərlə dollar pul alır. Və o bu pulları alan vaxt Azərbaycanda fəallar, jurnalistlər, insan haqları müdafiəçiləri ölkədə keçirilən seçkiləri tənqid etdiyinə görə həbs edilirdilər. Bu, sadəcə bir misaldır. Amma bu, çox böyük narahatlıq doğurur.

Amerikanın Səsi: Bu, Avropa Şurası Parlament Assambleyasında bürokratiya səviyyəsi haqda nə deməyə əsas verir?

İlya Lozovski: Mənə elə gəlir ki, biz əldə etdiyimiz faktlardan kənar hər hansı bir ittiham irəli sürə bilmərik. Biz təşkilat haqda ümumilikdə bir söz deyə bilmərik. Amma biz tam əminliklə təşkilatın Edvard Litner və işdə adı hallanan daha bir məşhur italiyalı nümayəndə Luka Volonte kimi pul alan üzvlərini qeyd edə bilərik. Luka Volonteyə qarşı ittiham irəli sürülüb və italiyalı prokurorlar bu bəzi transaksiyaları müstəqil şəkildə təsdiq ediblər. Biz ayrı-ayır şəxslər haqda, onların nə qədər pul aldığı haqda danışa bilərik. Məhz buna görə biz bu işi görmüşük və bu araşdırmanı dərc etmişik.

Amerikanın Səsi: Sizcə, araşdırmanın hansı siyasi nəticələri ola bilər? Avropa Şurası kimi qurumda siyasi dəyişiklərin olacağını gözləyirsinizmi? Azərbaycan hökuməti üçün hansı siyasi nəticələr ola bilər?

İlya Lozovski: Azərbaycan hökuməti bu araşdırmadan şübhəsiz ki narazıdır. Çünki bu ilk dəfədir ki, hökumətin nüfuz qazanmaq üçün əl atdığı əməliyyatlardan bəhs edilir. Bundan əvvəl məşhur “Kürü diplomatiyası” adlı araşdırma var idi. Burada da Avropa siyasətçiləri diqqət mərkəzində idi. Azərbaycan rejimi belə araşdırmaları heç sevmir. Çünki onlar özlərini beynəlxalq ictimaiyyətin tam hüquqlu, normal üzvü kimi göstərmək istəyir. Buna görə onlar insan haqları pozuntuları və geniş korrupsiya hallarının göstərildiyi araşdırmaları sevmir. Onlar artıq təşklilatı və Guardian qəzetində başqa jurnalistləri qaralamağa başlayıb. Bizim bir sıra ölkələrdə tərəfdaşlarımız var. Azərbaycan hökuməti gizli motivləri qeyd edir. Onlar bizi və jurnalistləri rejim əleyhinə çalışan gizli agentlər kimi təsvir etməyə çalışır. Elə araşdırmanın dərc olunmasından dərhal sonra bizim OCCRP-nin səhifəsi Azərbaycanda bloklandı. Bu da onu göstərir ki, onlar öz vətəndaşlarını qaranlıqda saxlayaraq, milyonlarla dollar məbləğində pulların gizli transaksiyalar vasitəsilə ölkədən çıxarıldığını öyrənməsini istəmir. Avropa Şurasında bəzi təhqiqatlar başlayıb. Onlar Azərbaycan hökumətini çirkli pulların yuyulmasının qarşısını almağa çağırır. Hər dəfə belə nəticələrlə qarşılaşanda, bu onu göstərir ki, beynəlxalq ictimaiyyət məsələyə diqqət yetirir. Dediyim kimi, bu, Azərbaycan hökuməti üçün həssas məsələdir və ümid etmək istərdik ki, bir dəyişiklik olacaq. Amma o biri tərəfdən, bu, çətin məsələdir. Onlar uzun illərdir bunu edir. İnsan haqları illərdir pozulur. Onların hərəkətləri necə dəyişə bilər? Demokratik dünya onları azından məsul tutmalıdır. Biz bu haqda düşünməliyik ki, Qərbin maliyyə sistemi, Qərbin maliyyə təsisatları bu kimi işlərin baş verməsində müəyyən dərəcədə məsuliyyət daşıyır. Təkcə Azərbaycan deyil, amma Azərbaycan da daxil olmaqla avtoritar ölkələrdə belə kleptokratik rejimlər öz sistemlərində milyonlarla dollar oğurlaya bilir və sonra da bu pulları götürüb qanunun aliliyinin mövcud olduğu demokratik ölkələrdə saxlayır. Çünki burada pullar təhlükəsizdir. Qərb dünyası, demokratik dünya öz təsisatlarından o ölkələrdə yaşayan insanların hesabına belə yolla istifadəsinə imkan verməməlidir. Bu dörd balıqqulağı şirkətin hesabları Avropanın əsas banklarından biri olan Danske Bankının Estoniya filialında olub. Bu transaksiyalara diqqət verilməli idi. Müstəqil ekspertlər bunu təsdiq ediblər ki, transaksiyalar çox şübhəli görünüb. Bu hesablardan milyonlarla dollar məbləğində pullar köçürülüb, bəzən gündə bir neçə dəfə, eyni məbləğdə dəfələrlə pullar ötürülüb. Bu, həyəcan doğurmalı idi. Onların belə transaksiyaların təhqiq edilməsi praktikası işə yaramayıb.

Qərb təsisatları məsuliyyət daşımalıdır. Avropada məsuliyyətlə bağlı bir məsələni də qeyd etmək istəyirəm. Belə işlərin baş verməsinin bir səbəbi də onunla bağlıdır ki, Birləşmiş Krallıqda şirkət qeydiyyatdan keçirilərkən hansı informasiyanın təqdim edilməsi ilə bağlı çox sadə qaydalar mövcuddur. Bu səbəbdən bu, çox geniş yayılıb. Dünyada olduqca çox sayda şirkət var, ofşor şirkət var, amma onların böyük hissəsi Birləşmiş Krallıqdadır. Onlar bu şirkətlərin arxasında kimin durduğu haqda heç bir informasiya təqdim etməlməcburiyyətində deyil. Araşdırmanın əsas tapıntılarından biri onunla bağlıdır ki, “Azərbaycanın pulyuyan maşını”na cəlb olunmuş bu dörd şirkətin sahibi əslində həmin şirkətləri idarə edən şəxs deyil. Bizim müxbirlərimiz Azərbaycanda yaşayan həmin şəxsi tapıb. Danske Bankının hesabında bu şəxsin adı şirkətlərdən ikisinin sahibi kimi qeyd edilib. Amma onunla söhbət edəndə aydın oldu ki, yüz milyonlarla pulun arxasında olan adam o deyil. O, sürücüdür. O, kağızda adının şirkətlərdən ikisinin sahibi kimi qeyd edildiyini təsdiq edib. Amma tamamilə aydındır ki, bu, həmin şəxs deyil. Biz bu işlərin qarşısını almalıyıq. Milyonlarla dollar məbləğində pulun tamamilə məsuliyyət daşınmadan köçürülüb gizlədilməsi mümkün olmamalıdır.

Amerikanın Səsi: ABŞ Senatoru Riçard Durbin Mehman Əliyevin həbsində iştirakı olan Azərbaycan rəsmilərinə qarşı sanksiyalar barədə düzəliş təqdim edib. Sizin buna münasibətinizi bimək istərdik.

İlya Lozovski: Mən bu məsələ ilə yaxından tanış deyiləm. Sanksiyalar mürəkkəb məsələdir. Amma hər dəfə insan haqları pozuntusuna yol verildikdə başqa ölkələr, xüsusilə də Birləşmş Ştatlar tərəfindən cəzalandırma tədbiri, ya da ölkənin qeyd edilməsi müsbət işdir. Ən tanınmış işlərdən biri Rusiyada Maqnitski aktıdır. Korrupsiya halını araşdıran hüquqşünasın həbsxanada həmin cinayətləri törədən şəxslər tərəfindən öldürülməsi qlobal miqyasda hiddətə səbəb oldu və Rusiyada bu işlə bağlı ayrı-ayrı şəxslərə qarşı sanksiyalar, ABŞ-da isə Maqnitski aktı ilə nəticələndi. Bu, mühüm qanunvericilik aktıdır. Avropalılar da sanksiyalar tətbiq etdi. Bundan artıq sanksiyalardan söhbət gedirsə, bu, təkcə Rusiya, ya da Azərbaycan olmamalıdır. Bizim heç bir ölkəyə qarşı hansısa bir planımız yoxdur. Məsələ ondadır ki, dünyanın hansısa ölkəsində pozuntular baş verəndə özünü demokratik hesab edən dünya buna göz yummamalıdır.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button