2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Avropa Şurası aprelin 30-na qədər Azərbaycana vaxt verib

Martın 5-də Avropa Şurası Nazirlər Komitəsi İlqar Məmmədovun işləri üzrə qrup ilə bağlı Avropa Konvensiyasının 46-cı maddəsinin 5-ci bəndinə uyğun olaraq ilk aralıq qətnaməni qəbul edib. Nazirlər Komitəsinin hesabatında deyilir:

“Komitə Azərbaycanın bu qrupdan olan ərizəçilərin hüquqlarını bərpa etməməsindən dərin təəssüf hissi keçirərək hakimiyyəti bütün səkkiz ərizəçinin barəsində ittiham hökmünün təxirəsalınmaz şəkildə ləğvini təmin etməyə və mənfi nəticələrin aradan qaldırılmasına, o cümlədən onların mülki və siyasi hüquqlarının tam bərpasının təmin edilməsinə çağırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Komitənin göstərişlərinə uyğun olaraq görülən tədbirlər barədə hesabat vermək üçün Azərbaycana 30 aprel 2020-ci ilədək son vaxt verilib.

Bu qrup iş ərizəçilər müxalifətyönlü siyasətçi İlqar Məmmədov, vətəndaş cəmiyyəti fəalları və hüquq müdafiəçiləri Rəsul Cəfərov, Anar Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı, Üzeyir Məmmədli, Rəşadət Axundov və İntiqam Əliyevdir.

Onların hamısı cinayət məhkəmə icraatının predmeti olub və Avropa məhkəməsi onları cəzalandırmaq və susmağa məcbur etmək üçün cinayət hüququndan istifadəni qanunsuz sayıb. Məhkəmə qeyd edib ki, bütün bu qərarlar “təqiblər və cinayət hüququndan qanunsuz istifadə vasitəsilə hökumət tənqidçilərinin, vətəndaş cəmiyyəti fəallarının və hüquq müdafiəçilərinin saxlanmasının və özbaşına həbsinin narahatlıq doğurduğunu əks etdirib.

Avropa məhkəməsi özünün 29 may 2019-cu il tarixli qərarında təsdiqləyib ki, Azərbaycanın 2014-cü ilin mayından başlayaraq bu qrup üzrə ilk qərarın icra edilməsinə dair öhdəliyini yerinə yetirməyib.

Aralıq qətnamənin qəbul edilməsi Komitənin Avropa Konvensiyasının 46-cı maddəsinin 5-ci bəndinə uyğun olaraq atdığı ilk addımdır. Bu maddəyə görə, məhkəmə belə nəticəyə gələrsə ki, üzv dövlət Konvensiya üzrə öhdəlikləri pozur, o zaman iş lazımi tədbirlərin görülməsindən ötrü baxılmaq üçün yenidən Komitəyə göndərilir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button