Now Reading:
Avropa Şurası ”Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsinə başlayır

Bakıda Avropa Şurasının (AŞ) təşkilatçılığı ilə “Gender bərabərliyi və media” mövzusunda tədbir keçirilib.

Bizimyol.info xəbər verir ki, Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri, səfir Zoltan Hernyesin moderatorluğu ilə keçirilən tədbirdə bildirilib ki, AŞ Azərbaycandakı tərəfdarları ”Azərbaycanda gender bərabərliyi və media azadlığı” adlı 1 illik layihə keçirəcək. Ümumi büdcəsi 250 min avro olan layihənin əsas məqsədi Azərbaycanda media vasitələri vasitəsilə gender bərabərliyinin təşviqidir. Əsaslandırma hissəsində qeyd edilir ki, media gender bərabərliyinə nail olmaq istiqamətində struktur dəyişikliyinə mane ola və ya onu sürətləndirə bilər. “Cəmiyyətdə olan qeyri-bərabərliklər mdiada da öz əksini tapır. Bu, medaia sahibkarlığında və menecmentində qadınların az təmsil olunmasını da əhatə edir. Eləcə də, media kontentində istər kəmiyyət, istərsə də keyfiyyət baxımından qadınların az nəzərə marpmasında, qadın ekspertlərdən az istifadə edilməsində , mediada qadınların fikir və rəylərinin nisbətən daha az ifdə olunmasında da görünür”.

Həmçinin qeyd edilir ki, Azərbaycanda gender bərabərliyi və müdianın vəziyyətinin daha da təkmilləşdirilməsinə ehtiyac var. “Azərbaycan Mətbuat Şurası tərəfindən hazırlanmış “Jurnalistlərin peşə davranış qaydaları”nda gender bətabərliyinə, eləcə də gender məsələlərinin medaiada işıqlandırılmasına dair müddəalar öz əksini tapmayıb. MŞ idarə heyətinin 22 üzvündən yalnız 2 nəfəri qadındır”.

Bütün bunları nəzərə alaraq, layihənin spesifik məqsədi jurnalistlərin peşə davranış qaydalarının gender bərabərliyi konteksində nəzərdən keçirilməsi və yenilənməsi, həmçinin gender bərabərliyi və media azadlığına dair Avropa Şurası standartlarının, eləcə də yenilənmiş “Jurnalistlərin peşə davranış qaydaları”nın Bakı və reguonlarda jurnalistlər və media peşəkarları arasında təşviqidir.

Layihənin milli tərəfdaşları Ailə, Qadın və Uşaq prpblemləri üzrə Dövlət Komitəsi, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman), Mətbuat Şurası, Jurnalist Həmkarlar İttifaqı, digər media təşkilatları və ali məktəblərin jurnalistika fakültələridir.

Tədbirdə Avropa Şurasının Əmədaşlıq şöbəsinin rəhbəri Leyla Dervisagik, Prezident Adminstrasiyasının nümayəndəsi Vüqar Səlimov, Azərbaycanda Avropa İttifaqı nümayəndəliyinin rəhbəri, səfit Kestuits Jankauskas, MŞ sədri Əflatun Amaşov çıxış edib, Avropa Şurasının Bakı ofisinin rəhbəri Pərvanə Bayramova ayihə barədə təqdimat edib. Layihə üzrə digər tərəfdaşlar və tədbirdə iştirak edən media elspertləri təkliflərlə çıxış ediblər.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.