2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Avropa Şurası Azərbaycanla bağlı rüşvət faktını araşdırmağa başladı

Avropa Şurası AŞPA-nın bəzi üzvlərinin Azərbaycan hakimiyyətinin tapşırığını yerinə yetirməsi şübhəsi ilə bağlı araşdırmaya başlayıb.
Araşdırmanı üç keçmiş hakim aparır. Onlar AŞPA üzvlərinin Azərbaycan hakimiyyətindən rüşvət alması ilə bağlı iddiaları yoxlamalıdır.
Azərbaycanın 2013-cü ildə AŞPA-nın qərarına təsir etməsiilə bağlı şübhələr var. O zaman assmableya Azərbaycanda insan haqlarının pozulması və siyasi məhbusların vəziyyətinə dair Ştrasserin hazırladığı hesabatı rədd edib.
Şübhələrə əsasən, hesabatın keçməməsi üçün assambleya üzvlərindən birinə 2,5mln. dollardan çox pul ödənilib.
Avropa Şurasının hesabatının nəticələri bu ilin sonunda açıqlanacaq.
Dekabrda European Stability Initiative (ESI) hüquq müdafiə təşkilatı AŞPA-nın bəzi üzvlərinin Azərbaycanın maraqlarınının lobbiçiliyi ilə məşğul olduğunun iddia edildiyi hesabat açıqlamışdır.

Fizzə

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button