2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Avropa Şurası ölkələrində ən az vəkil Azərbaycandadır

Vəkil Səməd Rəhimli fb səhifəsində maraqlı material paylaşıb. Materialdan bəlli olur ki, Azərbaycan Avropa Şurasına üzv olan ölkələr içində vəkillərin sayına görə sonuncu yerdədir.

Saytların yığılması Saytlarin yigilmasi

“Səmərəli Ədliyyə üzrə Avropa Komissiyasının (CEPEJ) 2014-cü il tədqiqatına əsasən Azərbaycan Avropa Şurası ölkələri arasında hər 100 min nəfərə düşən vəkillərin sayına görə sonuncu yerdədir. Vəkillər Kollegiyasının üzvlərinin sayı təxminən 900 nəfərə yaxındır. Bunlardan təxminən 200 nəfər regionalarda qalanları isə Bakı şəhərində fəaliyyət göstərir.

Hazırda rəsmi mənbələrdən belə bir məlumat yayılıb ki, Hökümət nümayəndəlik institutunu ləğv etməyə hazırlaşır. Nümayəndəlik institutunun ləğv edilməsinin məqsədi kimi də fiziki şəxslərə keyfiyyətli hüquqi yardımın artırılması əsas gətirilir.

Çox uzun yazmaq olar belə dəyişikliliyin fəsadları barədə. Xülasəsi bu düzəliş keyfiyyətli hüquqi yardımı artırmayacaq. Əksinə hüquqi problemlər içərisində boğulan insanları daha pis vəziyyətdə qoyacaq. Vəkillər Kollegiyasında əsaslı islahatlar keçirilmədən, həmin qurumun müstəqilliyi təmin edilmədən, peşəkar hüquqşünasların həmin quruma üzvlüyü və çıxarılması barədə ədalətli mexanizm hazırlanmadan və vəkillərin sayı əhəmiyyətli dərəcədə artırılmadan nümayəndəliyin ləğv edilməsi Azərbaycan hüquqi sferası üçün faciə olacaq.

Azərbaycanda keyfiyyətsiz hüquqi yardımın əsas səbəbi özlüyündə nümayəndəlik institutu deyil. Əgər belə olsaydı, nümayəndəlik institutunun olmadığı və müdafiəçi kimi ancaq vəkillərin çıxdığı cinayət işlərində keyfiyyətli hüquqi yardım olardı. Lakin nümayəndəliyin olduğu mülki və inzibati mübahisə işlərində hüquqi yardım cinayət işlərinə münasibətdə qat-qat keyfiyyətlidir. Səbəbi də odur ki, problem özlüyündə nümayəndəlik deyil. Problem sivil cəmiyyətin tərkib hissəsi olabiləcək müstəqil və peşəkar hüquqşünaslığın (vəkilliyin) yaradılmasına sistem iradə olmamasındadır. Belə iradənin olmaması isə həm nümayəndəlik, həm də vəkillik içərisində çoxlu “problemli şəxslərin” peyda olması ilə nəticələnir. Çünki sistemin maraqlı olduğu müstəqillik və peşəkarlıq deyil, nəzarət altında saxlamaqdır.”

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button