2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Avropa Şurasında avtoritar rejim modeli

Bu yazi gənc hüquqşünas Tural Agayevin facebook səhifəsindən götürülüb

“Nida-nın “Azərbaycanda demokratiyanın imitasiyası bitdimi?” mövzusunda tədbirini izlədim. Hörmətli Azər Qasımlının çıxışını  dinlədim. Azər bəy avtoritarizmin aşkar dəstəkçisi kimi görünürdü. Xüsusilə, bəzi məsələlərə orta əsr düşüncəsi ilə yanaşması daha təəccüblü gəldi. Elçibəy dövrünü tənqid edərkən belə bir cümlə işlətdi: “Fransada qadınlara seçki hüququ 1946-cı ildə verilib, demirəm ki, Elçibəy dövründə də belə edilməli idi, amma nəzərə alınmalı idi”. Digər tərəfdən, Gürcüstanda demokratiyanın qurucusu Saakaşvilini avtoritar rəhbər kimi təqdim etdi, o rəhbər ki, seçkini uduzub rəqibinə təhvil verib. Bütün bunları bir tərəfə buraxaq. Əsas ziddiyyət sonda üzə çıxdı. Azər bəy avtoritarizmə haqq qazandırmaq üçün daha bir qəribə açıqlama verdi. Tədbirin digər qonağı Xədicə İsmayıla belə suallar verdi: “Siz rüşvətin kökünü kəsmədən Azərbaycanda demokratiya qurmaq istəyirsiniz?” “Siz məhkəmələrdə ədaləti bərpa etmədən, Azərbaycanda demokratiya qurmaq istəyirsiniz?”

Saytların yığılması Saytlarin yigilmasi

Öncə, rüşvətin kökünün kəsilməsi ədalətli məhkəmə sistemindən keçir. Bəs ədalətli məhkəmə sistemi necə olmalıdır? Azərbaycanda avtoritar rejimlə adalətli məhkəmə sistemini eyni anda qurmaq mümkündürmü? Bir Avropa Şurasına üzv dövlət üçün ədalətli məhkəmə sistemi demokratiyanın vacib şərtidir. Biz Avropa Şurasının üzvüyük və birliyin prinsipləri altında həm avtoritar rejim, həm ədalətli məhkəmə sistemi qurmaq qeyri-mümkündür. Əgər buna cəhd edilərsə, Avropa Konvensiyası ilə verilən hüquqlar pozulmuş olacaq. Avtoritar rejimin mahiyyəti odur ki, ifadə azadlığı da daxil olmaqla, siyasi hüquq və azadlıqlar, bəzən iqtisadi hüquqlar məhdudlaşdırılır, siyasi plüralizmə limit qoyulur və s. İndi bu şəraitdə fərz edək ki, ədalətli məhkəmə sistemi qurursan. Qanunlar da avtoritarlaşdırılıb. Hər hansı bir şəxs, məsələn, siyasi bir hüququnun pozulması iddiası ilə məhkəməyə şikayət edir. Əgər ədalətli məhkəmə sistemi Avropa Konvensiyasının tələbləri əsasında qurulubsa, işə baxan məhkəmə sənin siyasi hüququnun məhdudlaşdırılmasının yerli hüquqa deyil, Avropa Konvensiyasına uyğun olub-olmadığına baxacaq, nəticədə pozuntunu tapacaq.

Avropa Konvensiyası demokratiyaya xələl gətirməyəcək həddə, çox dar çərçivədə, hansı durumda müdaxilənin qəbul edilən olduğunu konkret göstərməklə siyasi hüquq və azadlıqlara müdaxiləyə icazə verir. Amma avtoritar rejimin mahiyyətindən irəli gələn istənilən müdaxiləni, ədalətli məhkəmə pozuntu kimi tanıyacaq. Ona görə də, Avropa Şurasına üzv dövlət üçün ədalətli məhkəmə sistemi ilə avtoritar dövlətin eyni anda mövcudluğu mümkün deyil. Çünki mütləq biri digərini bitirməlidir, necə ki, indi Azərbaycanda icra qolu məhkəmə qolunu udub.

Belə yanaşma da ola bilər ki, hal-hazırda Azərbaycanda yerli hüquq işləmir, amma Azər bəyin dediyi avtoritar dövlət modelində yerli hüquq tam gücüylə işləyəcək, hər kəsə bərabər şərtlərlə tətbiq ediləcək, sui-istifadələr olmayacaq. Ola bilər, Azər bəy “ədaləli məhkəmə sistemi” anlayışına bu aspektdən yanaşır. Amma Avropa Şurası üzvü olan bir dövlətdə ədalətli məhkəmə sistemi dedikdə tək yerli hüquqa hörmət kifayət deyil, gərək Avropa Konvensiyası ilə də uyğunluq təmin edilsin. Əks halda konvensiya pozulacaq.

Avtoritar rejim modelini əvvəllər Erkin Qədirli istifadə edirdi, indi Azər bəy təkrar edir. Azərbaycanda avtoritar rejim modeli Avropaya inteqrasiya deyil, dezinteqrasiya ilə mümkündür, bizim də uğurlu gələcəyimiz Avropadan dezinteqrasiyada deyil, inteqrasiyadadır.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button