2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

“Avropa Şurasında böhran: Azərbaycanda əbədi siyasi məhbus məsələsi” mövzusunda dinləmələr keçirilib

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Strasburqda “Avropa Şurasında böhran: Azərbaycanda əbədi siyasi məhbus məsələsi” mövzusunda müzakirələr aparıb.

Müzakirə zamanı Azərbaycandakı mövcud vəziyyət, siyasi və vicdan məhbusları məsələləri diqqət mərkəzində olub.

Saytların yığılması Saytlarin yigilmasi

Tədbirdə çıxış edən Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun icraçı direktoru Emin Hüseynov bildirib ki, ölkədə siyasi məhbus problemi artıq 10 ildir davam edir.

Onun sözlərinə görə, “yeni -yeni insanlar həbs olunur və bu, dəhşətli prosesdir”.

Emin Hüseynov hesab edir ki, Avropa Şurası Parlament Assambleyasının Azərbaycandakı siyasi məhbuslar üzrə məruzəçisi, İslandiyalı deputat Torhildur Sunna Evarsdottirin siyasi məhbuslar üzrə tərtib etdiyi qətnamə layihəsi qəbul edilməlidir.

O bütün AŞPA institutlarını Azərbaycanda siyasi məhbus probleminin həlli ilə bağlı hərəkət planı yaratmağa səsləyərək, beynəlxalq öhdəlikləri pozan Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

İcraçı direktor bildirib ki, Azərbaycan höküməti korrupsiyanı durdurmalı və siyasi məhbusları azadlığa buraxmalıdır.

Tədbirdə çıxış edən “Azərbaycanda siyasi məhbuslarla bağlı məlumatlar haqqında iş” qətnamə layihəsinin müəllifi Torhildur Sunna bildirib ki, İlqar Məmmədov keysi xüsusi önəm daşıyır. Avropa Məhkəməsinin onunla bağlı qərarları icra olunmayıb.

Onun sözlərinə görə, tərtib etdiyi hesabatda sərt tənqidi fikirlər var və bu tənqidi fikirləri rədd etmək yox, cavablandırmaq lazımdır.

Tədbirdə çıxış edən REAL Partiyasının rəhbəri İlqar Məmmədov Avropa Şurasındakı böhrana toxunub.

Onun fikrincə, bu təkcə Avropa Şurasının böhranı deyil, həm də Azərbaycan hökümətinin böhranıdır.

İlqar Məmmədovun sözlərinə görə, Azərbaycan höküməti insan hüquq və azadlıqlarına hörmətlə yanaşmalıdır.

“Əgər üzv ölkə Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə bilmirsə, bu, həmin ölkənin üzvlüyünün dondurulmasına gətirib çıxarır.

“Biz təkcə Avropa Şurasının bürokratiyası ilə yox, digər aparıcı üzv ölkələri ilə işləyib onlara izah etməliyik ki, Avropa Konvensiyası qiymətlidir və bu konvensiyaya qarşı edilən hörmətsizlik Avropa Şurasının mövcudiyyətini şübhə altına alır,” o qeyd edib.

Daha sonra Avropa Şurası Beynəlxalq Qeyri-Hökumət Təşkilatları Konfransının prezidenti Anna Rurka Azərbaycanda hüquq müdafiəçilərinə və jurnalistlərə qarşı qoyulan qadağalardan bəhs edib.

O bildirib ki, araşdırmaçı jurnalist Xədicə İsmayılın hələ də ölkədən çıxışına qadağa var.

Anna Rurka hesab edir ki, hökümət bütün hüquq müdafiəçilərinə ölkədən çıxmaq üçün bərabər imkan yaratmalıdır.

Keçmiş səfir və Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəliyinin rəhbəri olmuş Arif Məmmədov Azərbaycanda olan işgəncə faktlarına toxunub.

O xüsusilə ötən ilin oktyabr ayında Bakıda keçirilən aksiya zamanı AXCP sədri Əli Kərimli, AXCP üzvü İbrahim İbrahimli, Müsavat Partiyasının üzvü Tofiq Yaqubluya qarşı işgəncə faktlarına toxunaraq, bunun “dəhşət” olduğunu bildirib.

Tədbirdə çıxış edən – Avropa Parlamentində liberal-demokratlardan ibarət fraksiya – ALDE qrupunun üzvü,Fransadan olan Jak Mer siyasi məhbus probleminin prioritet olduğunu qeyd edib.

O bildirib ki, hələ də Azərbaycanda 6 jurnalist həbsdədir.

Amerikanın səsi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button