2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Avropa telekommunikasiya sektorunda ötən illərin ən iri həcmli satınalması reallaşdı

Tamara Mustafayeva, Banco.az

Avropa telekommunikasiya sektorunda ötən illərin ən çox səs gətirən satınalması reallaşıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Almaniyanın “Deutsche Telekom AG” şirkəti Hollandiya filialını 6.1 milyard dollara satmağa qərar verib. 

Saytların yığılması Saytlarin yigilmasi

“Deutsche Telekom AG” telekommunikasiya şirkəti Hollandiyada fəaliyyət göstərən filialının 5.1 milyard avro (6.1 milyard dollar) müqabilində “Warburg Pincus and Apax Partners” fonduna satılması üçün razılığa gəlib. Bu razılaşma ötən illər ərzində baş tutan ən iri həcmli satınalma hadisələrindən biridir.

Şirkətdən edilən açıqlamaya görə, sözügedən fond “T-Mobile Netherlands”ı “Deutsche Telekom” və 25%-lik səhmə sahib “Tele2″dən satın alacaq. “Tele2″nin səhmlərinin ümumi dəyəri isə təqribən 860 milyon avro təşkil edir. 

Qeyd edək ki, “T-Mobile Netherlands”ı satın almaq üçün “Apollo Global Management Inc.” və hindli milyarder Mukeş Ambaniyə məxsus “Reliance Industries Ltd.” şirkətləri də maraqlı idilər.

Instagram

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button