2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Redaktorun seçimi

Avropa və Ərdoğan

Hər şey İstanbulun Ərdoğana təslim olması ilə başladı!

Ya da hər şey elə Türkiyənin ilk və yeganə partiyasız prezidenti Əhməd Necdət Sezəri “bitirməklə” başladı… Avropa səsini çıxarmadı.

Sezərin dönəmində Ərdoğan Baş nazir idi. AK partiya hakimiyyətə tam nəzarət edə bilmək üçün bu kürsünü ələ almalıydı. Hədəf prezident olduğu dönəmdə dövlətin ona ayırıb necə istəyirsən xərclə dediyi 46 trilyon lirənin 1 quruşuna belə toxunmayan Necdət Sezərdi.

Saytların yığılması Saytlarin yigilmasi

“Cumhurbaşkanı dediyin partiyalı olmalıdır” deyərək başladığı mübarizədən qalib ayrılan Ərdoğan daha bir qalibiyyətini də Abdullah Gülün prezident olmasını təmin etməklə qazandı. Avropanın vecinə də olmadı.

İlk baxışdan pırıl-pırıl görünən Gül Ərdoğan üçün rahat loxma idi. Daha doğrusu, rahat notariat idi. Prezidentliyi dönəmində xarici ölkələrdə muzeylər gəzməklə və bir də 14 yaşlı oğlunun birdən-birə qarğıdalı istehsalçısı kimi patent alması ilə yadda qaldı Gül… Avropa susdu.

Daha sonra Ərdoğan hədəfinə doğru daha 1 addım atdı – özü prezident oldu. Avropa sevindi.

Bundan sonra ilk referendum və Ərdoğan səlahiyyətlərini artırdı. Avropa təbrik etdi.

İndi son və həlledici məqama çatıb iş. Ərdoğan parlamentar qruluşdan imtina edib təkbaşına səlahiyyət sahibi olmaq üçün sandığa getməyə qərar verib. Əvvəlcə Avropa susmaqla kifayətləndi və birdən çarxı döndərərək Ərdoğana saldırmağa başladı.

Yəni susmadı!

Niyə?

Nədən Almaniya, Danimarka, Hollandiya Ərdoğana qarşı sərgərdə yer aldı? Düşündünüzmü?!

Səbəb doğrudanmı demokratiya sevdası idi? Deyildi, qardaşlar!

Məncə, Avropa öz çevik zəkası ilə prosesə müdaxilə elədi.

Onların da, Ərdoğanın bir dərdi var – TÜRKİYƏ!

Avropaya güclü Türkiyə lazım deyil! Avropaya Atatürk də lazım deyil! Avropaya Bizansın “At meydanı”nda ucaldılan və xristian dünyasının ən müqəddəs məbədlərindən olan Ayasofyaya pul verib girmək təhqiri də lazım deyil!

Avropaya gücsüz, parçalanmış, müti Türkiyə lazımdır.

Avropanın illərlə susqunluğunun səbəbi bu idi – Ərdoğanın liderliyində Türkiyə hər gün bir addım Avropanın arzuladığı sona doğru yürüyürdü. İstanbul sürətlə Konistantinopol olurdu və olur. Susqunluğun səbəbi bu idi!

Son addım qalmış millət ayılmış, referendum hətta Suriyadan gətirilmiş və vətəndaşlıq verilmiş suriyalıların “EVET” səsləri də hesablanarkən “HAYIR” ağırlıqlı olmuşdu. Avropa buna səssiz qala bilməzdi – EVETi qarantiləmək vacib idi.

Əvvəl Almaniya, sonra Hollandiya, daha sonra Danimarka və ipliyin digər hilmələri ard-arda saldırdılar. Çevik zəkaları ilə Ərdoğanın bundan yararlanacağını, HAYIR məsələsini EVET edəcəyini hesablamışdılar.

Təxminləri tutdu – Ərdoğan tərəfdarları ilk andaca “Avropa güclü Türkiyə istəmir, ona görə üstümüzə-üstümüzə gəlir” deyərək işi bitirdi.

Artıq Ərdoğan da, Avropa da məmnundur.

İndi iş möcüzələrə qalıb.

Möcüzə baş verməsə Türkiyəni Ərdoğanın əlindən kimsə  ala bilməyəcək.

Hər şey İstanbulun Avropaya təslim olması ilə başa çata bilər! 

Allah heç birini görməyi nəsib etməsin!

Qurdqanlı

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button