2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

‘Avropa Xalq Partiyası adını təmiz saxlasın’

“Hakimiyyət mənim həbsdən azad edilməyimin əvəzində Yeni Azərbaycan Partiyasının (YAP) Avropa Xalq Partiyasına (AXP) üzv olmasını şərt qoyur”.

REAL Hərəkatının həbsdə olan lideri İlqar Məmmədov belə yazıb. Onun bu fikirlərini hərəkatın internet saytı yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

İlqar Məmmədov avropalıları buna razılıq verməməyə səsləyib. O, qeyd edib ki, YAP uzun müddətdir ki, 41 ölkədən 79 sağ-mərkəzçi partiyanı özündə birləşdirən, Avropa miqyasında ən böyük və nüfuzlu qurum olan Avropa Xalq Partiyasına üzv olmağa çalışır.

“Əgər YAP AXP-yə üzv qəbul olunarsa, bizim sülalə hakimiyyəti Avropa Şurasına layiq olmadığı üzvlükdən daha böyük ölçüdə faydalar əldə edəcək. Bir neçə AXP üzvündən öyrənmişəm ki, Avropa Şurası Nazirlər Komitəsinin qətnaməsinə bu günə qədər məhəl qoymayan hakimiyyət mənim azad olunmağım şərti ilə bəlkə də bu quruma qəbul edilə bilər”.

İlqar Məmmədov AXP-ni diqqətli olmağa dəvət edib.

“Mən məsləhət görürəm ki, AXP öz adını təmiz saxlasın. Bazarlıq ədalətli deyil. Hökumət qeyri-qanuni həbs olunmuş prezidentliyə namizəd və ya digər siyasi məhbusların azad olunması hesabına özü üçün fayda əldə etməməlidir”, – İ.Məmmədov vurğulayıb.

Həbsdəki siyasi liderin bu fikirlərinə, hələlik, hakimi partiyadan və rəsmilərdən heç kim münasibət bildirməyib.

XATIRLATMA

ReAL Hərəkatının lideri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilib. Ötən il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra müdafiə tərəfi Şəki Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə noyabrın 18-də kassasiya şikayətini təmin etməyib.

Avropa Şurası Nazirlər Komitəsi 2016-ci il sentyabrın 20-də keçirilən iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu açıqlayıb.

Nazirlər Komitəsi bir neçə dəfə bu məsələni gündəmə daşıyıb.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button