2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Avropa yenə lokdauna gedə bilər

Niderland hökuməti qismən lokdaunun tətbiqini nəzərdən keçirir. Qərbi Avropanın bu ölkəsində yaydan bəri koronavirusa yoluxmalar artmaqdadır. Avropanın bir sıra ölkələrində də oxşar durum yaranıb.

Ölkənin ictimai səhiyyə institutunun noyabrın 11-də elan etməsinə görə, pandemiya başlanandan yoluxmalarda ən yüksək hədd qeydə alınıb. Son 24 saat ərzində 16 min 364 yeni yoluxma aşkarlanıb ki, bu da bir gün öncəkindən 3 min 688 yoluxma çoxdur.

Niderlandda yetkin yaşlıların 84 faizindən çoxunun tam peyvənd olunmasına baxmayaraq yoluxmalarda artım yaşanır.

Saytların yığılması Saytlarin yigilmasi

Son həftələr Avropada artan yoluxma sayı səhiyyə sistemlərinin yüklənməsi riskilə bağlı əndişələri artırıb.

Almaniya

Noyabrın 11-də Almaniyada da rekord sayda yoluxma qeydə alınıb. Asiya-Sakit Okean biznes sammitində çıxış edən Kansler Angela Merkel, ölkədə pandemiyanın dördüncü dalğasının tüğyan etdiyi bir dönəmdə diqqəti peyvənd olunmayanlara yönəldib.

Vəzifədən getməkdə olan Merkelin sözlərinə görə, adamlar cəmiyyət qarşısında digərlərini qorumaq öhdəliklərini dərk etməlidirlər:

“Vaksinlənmək hüququmuzun olduğu aydındır, bu, böyük xoşbəxtlik, elm və texnologiyanın böyük uğurudur. Amma mənim həm də cəmiyyəti qorumaqla bağlı müəyyən öhdəliyim var”, – Merkel videolink vasitəsilə çıxışında deyib.

Peyvənd olunmamış şəxslər virusu immun sistemi zəif daha yaşlılara ötürə, onlar isə vaksin vurdurmaqlarına baxmayaraq sonucda reanimasiyaya yerləşdirilə bilərlər.

Avstriya

Avstriyada da yoluxmalarda artım yaşanır. Kansler Aleksandr Şallenberq peyvənd olunmayanlar üçün lokdaunun “qaçılmaz ola biləcəyini” deyib. Onun sözlərinə görə, vaksinlənməyənlər “narahat” qış və Miladla üzləşə bilərlər.

“Üçdə birin tərəddüdünə görə üçdə ikinin niyə azadlığını itirməli olduğunu anlamıram. Fikrimcə, peyvənd olunmayanlarla həmrəyliyə görə vakinlənənlər lokdauna girməməlidir”, – kansler deyib.

Şallenberq ötən ay deyirdi ki, yoluxmalar artarsa peyvənd etdirməyənlər yeni lokdaun qadağaları ilə üzləşə bilərlər.

Avstriya son həftələr COVID-19-un yayılmasını önləmək üçün bir sıra addımlar atıb. Peyvənd vurdurmayanların restoranlara, otellərə, gözəllik salonlarına, böyük ictimai tədbirlərə girişi yasaqlanıb.

Rusiya

Rusiyanın koronavirusa qarşı işçi qrupu QR kodları sistemini genişləndirməyi hədəfləyən qanunvericilik hazırlandığını açıqlayıb. Bu sistemdən ictimai nəqliyyata, kafe və mağazalara girişdə istifadə olunur. Yalnız vaksinlənmiş, virusdan təzəlikcə sağalmış, yaxud 72 saatdan az olmayan müddəti əhatələyən mənfi koronavirus testi verənlərin girişinə icazə verilir.

Rusiyada COVID-19-a yoluxmalar və ölüm hallarında pik yaşanır. Noyabrın 11-də açıqlanmış məlumata görə, son 24 saat ərzində 40 min 759 yoluxma, 1237 ölüm aşkarlanıb.

***

Rusiyada COVID-19-dan gündəlik ölü sayı artıq dördüncü gündür 1200-ü keçir.

Koronavirusla mübarizə mərkəzinin noyabrın 12-də açıqladığı məlumata görə, son 24 saatda COVID-19-dan 1295 nəfər ölüb, 40 min 123 yeni yoluxma aşkarlanıb.

Xəstəxanaların dolduğu, ölkənin səhiyyə sistemində gərginlik yarandığı bildirilir.

Oktyabrın 30-dan noyabrın 7-dək Rusiyada ödənişli tətil günləri elan olunub. Yaşlıların evdə qalmasına göstəriş verilib, şirkət işçilərinin 30 faizinin evdən işləməsi tələb edilir.

Rəsmilər yoluxmaların artmasını rusiyalıların peyvənd vurdurmağa könülsüz yanaşması ilə izah edirlər. Əhalinin üçdə birinin vaksinləndiyi bildirilir.

Pandemiya başlanandan koronavirusa 8.99 milyondan çox yoluxma, 253 minə yaxın ölüm aşkarlanıb.

Tənqidçilər rəsmilərin daha böyük ölü sayını gizlətməyə çalışmaqla xəstəxanalarda təhlükə vəziyyəti gücləndirdiyini deyirlər.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button