2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSosial

“Avropada 18 yaşadək uşaqlara 200 avro verilir”

Deputatlar uşaqpulu və müavinətin artırılmasını təklif edir

“Avropa ölkələrində 18 yaşına qədər uşaqlara müəyyən müavinətlər verilir. Bu müavinətlərin məbləği təxminən 200 avro təşkil edir. Azərbaycanda da bu sahədə müəyyən islahatlarla nail olmaq olar. İslahatlara getməsək, problemləri həll etmək mümkün deyil”.

Bunu parlamentdə büdcə zərfinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib:

“Əgər respublikada doğuşun sayı aşağı düşübsə, bu, bizi ciddi şəkildə düşündürməlidir. Bi çox hallarda, sosial vəziyyət aşağı olduqda, gənclər uşaq dünyaya gətirmək istəmirlər. Bu baxımdan düşünürəm ki, ölkəmizdə uşaqlara müavinətin verilməsi ilə bağlı islahatlar həyata keçirilməlidir”.

Saytların yığılması Saytlarin yigilmasi

Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli da deyib ki, doğulan uşaqlara verilən birdəfəlik müavinət artırılmalıdır. Deputat bildirib ki, 2011-ci ildə ölkədə 176 mindən artıq uşaq doğulubsa, 2017-ci ildə bu rəqəm 144 min 41-ə enib:

Hadı Rəcəbli
Hadı Rəcəbli

“Bu ilin ilk 9 ayının göstəricisi 103 min olub. Bu bölümə maliyyə vəsaitinin artmaması bizi narahat edir”. Problemin həlli məqsədi ilə H.Rəcəbli 2019-cu ilin büdcəsində doğuma görə birdəfəlik müavinətin artırılmasını xahiş edib.

Deputat Elmira Axundova da deyib ki, real tələbat uşağın anadan olmasına görə verilən birdəfəlik müavinətdən ən azı 10 dəfə çoxdur.

“Təklif edərdim ki, 2-ci, 3-cü və sonrakı doğuşa görə müavinətlər proqressiv şəkildə ödənilsin, yəni 1-ci uşağa görə müavinət 100 manatdırsa, 2-ci uşağa görə 200, 3-cü uşağa görə 300 və s. olsun. Çünki, statistikaya görə respublikada doğum əvvəlki illərə nisbətən aşağı səviyyəyə düşüb və gənc ailələri stimullaşdırmaq lazımdır”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button