SEÇMƏ

Avropada inflyasiya yavaşlayıb

Yayımlandı: 1 Dekabr 2022 14:07

10,6 faizədək azalma 2020-ci ildən bəri ən böyük göstərici sayılır

Avropada inflyasiyanın yavaşladığı bildirilir.

Bu barədə “Bloomberg” yazıb.

Bildirilir ki, bu yavaşlama son 1,5 ildə ilk dəfədir və ən pis istehlak qiymətləri şokunu yatırmaq üçün apardığı mübarizədə Avropa Mərkəzi Bankı (ECB) üçün ümid əlamətidir.

Noyabrın 29-da “Eurostat” və “Bloomberg”in müraciət etdiyi iqtisadçıların 10,4 faizi hazırki vəziyyətdə inflyasiyanın gölədiklərindən az olduğunu söyləyib.

Onların sözlərinə görə, oktyabrda müşahidə edilən 10,6 faizədək azalma 2020-ci ildən bəri ən böyük göstəricidir. Ərzaq qiymətlərinin daha sürətlə artmasına baxmayaraq, enerji və xidmət qiymətlərində daha yavaş irəliləyişlər olub.

ECB rəsmiləri üçüncü dəfə faiz dərəcələrini 75 baza bəndi artırıb-artırmayacağına dair suallara: “Bu, indi daha az ehtimal olunan bir nəticədir”, – deyiblər.

Bildiriblər ki, çox güman, siyasətçilər yeni hesabatı dekabrın 15-də keçiriləcək iclasdan öncəki yekun toplantıda açıqlayacaqlar.

Bir aylıq məlumat olsa da, qiymət təzyiqlərinin zəifləməsinin ECB-yə rahatlıq gətirəcəyi qeyd edilir.

Oktyabrdakı müşahidə edilən rəqəmlər ABŞ statistik göstəriciləri ilə üst-üstə düşür.

Bu da bəzi Federal Ehtiyat rəsmilərini faiz artımlarının sürətini aşağı salmağı düşünməyə cəsarətləndirir.

ECB prezidenti Christine Lagarde Avropa Parlamentinə çıxışı zamanı bu məsələyə toxunub.

Onun sözlərinə görə, Avropada inflyasiya səviyyəsi ikinci aydır ki, ikirəqəmli səviyyədə qalıb: “Qiymət artımı pik həddə çatarsa, bu, məni təəccübləndirəcək”.

Rəqəmlər göstərir ki, bu həftə avro bölgəsində istehlak qiymətlərindəki artım zəifləyib.

Ən çox Almaniya, İtaliya, İspaniya və Hollandiyada inflyasiya mülayimləşib, Fransada sabit qalıb.

Avropada qiymət artımları, enerji böhranı bu ilin fevralından başlayıb. Səbəb isə Rusiyanın Ukraynaya hücumudur.

Avropa Birliyi ölkələri Rusiyanın Ukraynaya hücumunu işğal və qəbuledilməz sayıb, buna görə də Rusiyaya müxtəlif sanksiyalar qoyub.

Rusiya da öz növbəsində Avropaya neft və qazın nəqlində maneələr yaradıb.

Bütün bunlar isə hər iki tərəfin, yəni həm Rusiyanın, həm də Avropa Birliyi ölkələrinin iqtisadiyyatında zəifləmələrə, yüksəkfaizli inflyasiyaya səbəb olub.

Meydan TV

Gözdən qaçırmayın:  Daha 23 azərbaycanlı Almaniyadan deportasiya olunub

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button