2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Avropada rekord inflyasiya təhlükəsi

Yayımlandı: 23 Avqust 2022 17:53

Rusiya-Ukrayna müharibəsi qitəni böhrana sürükləyir

Fransa istehsalı son bir il yarımda ilk dəfə azaldıb. Bu, Avropanın ən böyük iqtisadiyyatlarının rekord inflyasiyaya sürükləndiyini göstərir.

Saytların yığılması Saytlarin yigilmasi

“Bloomberg” yazır ki, buna səbəb Rusiya-Ukrayna müharibəsidir.

Savaş nəticəsində qeyri-müəyyənlik artıb və buna tab gətirmək çətindir.

Fransa ilə bağlı duruma gəlincə, sayt qeyd edir ki, bu, Almaniyada müşahidə olunan tendensiyanı əks etdirir.

Maliyyə məlumatları verən və analitika ilə məşğul olan ABŞ-ın açıq ticarət korporasiyası “S&P Global”ın açıqlamasına görə, avqustda Fransanın özəl sektor fəaliyyətinin göstəricisi 2021-ci ilin əvvəlində (pandemiya dövrü) baş verən fasilələrdən bəri ən aşağı səviyyəyə enib.

Təşkilat bildirir ki, həm xidmət sahəsində, həm də istehsalda yeni sifarişlər azalıb.

Firmalara olan güvənc 2020-ci ilin noyabrından bu yana ən aşağı həddə düşüb. Ümumilikdə, xidmət fəaliyyəti genişlənməni göstərən səviyyənin bir qədər üstündə qalıb. Eyni zamanda, istehsal azalıb.

“S&P Global”-ın iqtisadçısı Joe Hayes deyir ki, yüksək inflyasiya və COVİD-dən sonra tələbin azalması müəssisələrin və istehlakçıların ixtiyari xərcləri azaltmasına səbəb olub.

İndiki proseslər də nəzərə alınsa, iqtisadçı bildirib ki, Avropa iqtisadiyyatları ilin sonuna qədər çətin bir dövrə hazırlaşır.

“Bloomberg”in sorğusuna qatılan analitiklərin fikrincə, 19 üzvlü avro zonasında tənəzzül ehtimalı daha çoxdur, çünki Rusiyanın qonşusuna hücumundan sonra enerji xərcləri artıb.

Ümumi valyutanın dövriyyəyə buraxılmasından bəri ən sürətli qiymət artımına tab gətirən qitə, Avropa Mərkəzi Bankının 2011-ci ildən bəri ilk dəfə keçən ay borclanma xərclərini artırmasından sonra faiz dərəcələrinin daha da artırılmasına hazırlaşır.

“Təbii qaz tədarükü üçün daha çox Kremlə güvənən və bu qış qıtlıq ilə üzləşən Almaniyada hasilat iyulda azalmağa başlayıb və avqustda yenidən daralıb”, – “S&P Global”ın başqa bir açıqlamasında bildirilib.

“S&P Global Market Intelligence”in iqtisadiyyat üzrə müşaviri Phil Smith proqnozu “qeyri-müəyyənlik” kimi xarakterizə edib.

O bildirib ki, Avropanın 1 nömrəli iqtisadiyyatında “özəl sektorun biznes fəallığında dərinləşən azalma” müşahidə olunur.

Smith bildirib ki, istehsalda davam edən zəiflik xidmət sektorunda yavaşlama ilə daha da mürəkkəbləşir.

Avropada enerji böhranına və inflyasiyaya səbəb bu il fevralın sonunda başlayan Rusiya-Ukrayna müharibəsidir.

Avropa Birliyinin Ukraynaya hücumuna görə Rusiyaya sanksiyalar tətbiq etməsi və Rusiyanın da qarşılığında atdığı cavab addımları dünya bazarında neft və qazın kəskin bahalaşmasına səbəb olub.

Eyni zamanda, Avropa ölkələrinin Rusiyadan aldığı enerjinin həcmini azaltması da elektrik enerjisinə tələbatı yüksəldib və qiymətlərin bahalaşmasına gətirib çıxarıb.

Bir sözlə, sanksiyalar təkcə, Rusiyaya deyil, geri dönüşləri həmçinin Aİ ölkələrinə də təsir edib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button