2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Avropada rekord istilər, meşə yanğınları

Alimlər iqlim dəyişikliyi səbəbindən isti dalğalarının daha intensiv olduğunu deyirlər

Saytların yığılması Saytlarin yigilmasi

İspaniya və Fransada iri meşə yanğınlarına səbəb olmuş rekord istilər Britaniyaya da yayılıb. Bu ölkədə ən isti gecə qeydə alınıb.

İyulun 18-də İspaniyada meşə yanğınlarında iki nəfər həlak olub, yanğınların söndürülməsinə təyyarələr, yanğınsöndürənlər cəlb edilib.

İsti dalğası İspaniyada və qonşu Portuqaliyada yüzlərlə ölümə səbəb olub.

Adətən sərin keçən İtaliyanın şimalında da quraq günlər uzanır.

Daha çox mülayim havaya, yağışa adət etmiş milyonlarla britaniyalı üçün iyulun 18-dən 19-na keçən gecə rekord isti yaşanıb. Bu gün isə ölkədə 40 dərəcə Selsi proqnozlaşdırılıb.

Britaniyanın Meteorologiya Agentliyi ilkin nəticələrə əsasən ötən gecə ölkənin bəzi yerlərində ilk dəfə olaraq temperaturun 25 dərəcədən yuxarı olduğunu bildirib.

Bu həftə Britaniyada hava şəraiti o qədər kəskin olacaq ki, qatar operatorları istinin dəmiryolu xətlərinə təsir göstərə biləcəyini deyiblər. Bəzi məktəblərdə isə uşaqların sərinlənməsi üçün hovuzlar quraşdırılıb.

Fransada rekord isti ölkənin cənub-qərbində meşə yanğınlarının söndürülməsini çətinləşdirib.

Daha çox şəhər boşaldılıb, 14 min 900 nəfər mümkün yanğın ərazilərindən çıxarılıb.

Alimlər iqlim dəyişikliyi səbəbindən isti dalğalarının daha intensiv olduğunu deyirlər.

Həftəsonuna Balkan regionunda bərk istilər gözlənir, artıq sporadik yanğınlar baş verir.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button