2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Avropada satılacaq smartfonlarda batareyaların fərdi şəkildə dəyişdirilməsi yenidən mümkün olacaq

    Hələ bir neçə il bundan öncə smartfonların arxa qapaqlarını açmaqla batareyanı fərdi şəkildə dəyişmək imkanı mövcud idi. İndiki zamanda smartfonların çoxu fərdi şəkildə dəyişdirilə bilməyən batareya ilə təchiz olunduqlarına baxmayaraq yaxın zamanda bu vəziyyət dəyişə bilər. Belə ki, Avropa Birliyi daxilində fərdi şəkildə dəyişdirilə bilən batareyaların istifadəsi qanununun lehinə səs verilib və bu qanun 2024-cü ildə qüvvəyə minməlidir. Hal hazırda bir çox cihaz uzunömürlü litium batareyalar ilə təchiz olunduğu üçün istehsalçılar onları fərdi şəkildə dəyişdirilə bilən batareyalardan məhrum etmək qərarına gəlmişdilər. Nəticədə hal hazırda bu və ya digər smartfonun batareyasını dəyişmək üçün xüsusi alətlərə və bacarıqlara sahib olmaq lazımdır. Nəzərdə tutulmuş yeni qanun isə smartfonlardan tutmuş elektrikli skuterlərə kimi olan geniş elektronik cihazları əhatə edəcək.

Saytların yığılması Saytlarin yigilmasi

    Faktiki olaraq daha ucuz cihazları təmirə aparmaq əvəzinə sadəcə olaraq yeni cihaz ilə əvəzləmək olar. Lakin bahalı cihazları mütləq şəkildə təmir etdirmək lazım gəlir. Halbu ki, hələ bir neçə il bundan öncə sadəcə olaraq yeni batareyanı alıb onu fərdi şəkildə smartfona quraşdırmaq mümkün idi. Avropa Birliyinin yeni qanununa əsasən batareyalar rahat şəkildə dəyişdirilə bilən və onların emal edilməsi prosesi daha asan olmalıdır. Söhbət, mümkün bütün elektronik cihazlardan gedir. Bura həmçinin elektrikli velosipedlər və samokatlar kimi yüngül nəqliyyat vasitələri də daxildir. 1 yanvar 2024-cü il tarixinə kimi bu cür cihazların konstruksiyalarında dəyişiklik edilməlidir.

    Dəyişiklik nəticəsində cihazların konstruksiyalarında olan batareyaları cihazlara zərər yetirmədən əlçatan standart alətlər vasitəsilə fərdi şəkildə dəyişmək imkanı reallaşdırılmalıdır. Bundan əlavə olaraq istehsalçılar batareyaların fərdi şəkildə dəyişdirilməsi prosesinin detallı təsvir dokumentasiyasını da təqdim etməlidirlər. Həmin dokumentasiya bu və ya digər cihazın istehsal olunduğu müddət ərzində internetdə mövcud olmalıdır. Qeyd etmək lazımdır ki, bu qanun Avropa bazarında satılacaq cihazların dizaynlarında ciddi dəyişikliklərə səbəb olacaq. Sözügedən qanun həmçinin Avropa Birliyinin elektron tullantılar ilə mübarizəsi planına da uyğunlaşır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button