2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Avropadan Çinə uzanan körpü – Cənubi Qafqaz alternativi olmayan rola çevrilir

Məlum olduğu kimi, bir neçə gün öncə Bakıda Azərbaycan, Türkiyə və Qazaxıstanın Xarici İşlər və Nəqliyyat nazirlərinin ilk üçtərəfli görüşü keçirilib. Tədbirdə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Qazaxıstanın Xarici İşlər naziri Muxtar Tleuberdi, eləcə də Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev, Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank, Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişafı naziri Kairbek Uskenbayev iştirak ediblər.

“Sinxua” agentliyi xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın Xarici İşlər naziri bu görüşün mövcud qarşılıqlı faydalı münasibətləri və regional əlaqələri gücləndirmək məqsədilə keçirildiyini qeyd edib.

O bildirib ki, əməkdaşlıq çərçivəsində Bakı-Tbilisi-Qars dəhlizinin imkanlarının genişləndirilməsi planlaşdırılır. “Zəngəzur dəhlizi Avropa İttifaqı ölkələri, Türkiyə və Asiya istiqamətində marşrutun yaradılmasında xüsusi rol oynayır”, – deyə C. Bayramov bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat verir ki, tərəflər nəqliyyat-logistika sektorunda əməkdaşlığın geniş spektri, gündəmdəki aktual regional və beynəlxalq məsələlər üzrə mövqelərini dəqiqləşdiriblər. “Kaspian vestnik” xəbər verir ki, irimiqyaslı geosiyasi transformasiya çərçivəsində ticarət-iqtisadi, tranzit-nəqliyyat və enerji əməkdaşlığının genişləndirilməsinə birgə yanaşmalar nəzərdən keçirilib.

Qazaxıstan Respublikası Xarici İşlər naziri M.Tleuberdi qeyd edib ki, Azərbaycan və Türkiyə Qazaxıstan üçün regionda əsas siyasi və iqtisadi tərəfdaşlardır.

Görüş iştirakçıları regionda dəmir yolu xətləri və neft kəmərləri kimi birgə layihələrin vəziyyəti və həyata keçirilməsi perspektivini müzakirə ediblər.

Aydındır ki, Avropa istiqamətində imkanların məhdud olduğu şəraitdə Xəzər dənizi – Qara dəniz xətti boyunca marşrutlar xüsusi əhəmiyyət kəsb edir. Nazirlər belə qənaətə gəliblər ki, daşımaların həcminin artırılması limanlarda texniki və tarif şərtlərinin vaxtında yenilənməsini tələb edəcək və bu, bütün ticarət-iqtisadi əməkdaşlığın hərəkətverici qüvvəsi olacaq.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı məsələsinə xüsusi diqqət yetirilib. Bu marşrut görüşdə iştirak edən ölkələrin tranzit potensialının artırılması üçün mühüm əhəmiyyət kəsb edir. Görüş iştirakçıları nəqliyyat potensialının inkişafının əsas istiqamətləri üzrə yanaşmaların vəhdətindən məmnunluq ifadə edərək, hökumət səviyyəsində birbaşa təmasların intensivləşdirilməsinin qarşılıqlı maraq doğurduğunu vurğulayıblar.

Tərəflər belə bir formatda növbəti görüşü bu ilin payızında Qazaxıstanda keçirmək barədə razılığa gəliblər.

Görüşün yekunu olaraq Bakı Bəyannaməsi imzalanıb. “Bu gün biz ilk dəfə üçtərəfli əməkdaşlıq haqqında bəyannamə imzaladıq. Biz nəqliyyat sahəsində əməkdaşlığı çox vacib və perspektivli hesab edirik. Bu gün imzalanan Bakı Bəyannaməsi bütün bu təşəbbüslərin genişləndirilməsində və müvafiq işçi qrupunun yaradılmasında mühüm rol oynayacaq”, – deyə C.Bayramov bildirib.

Bu görüşdən sonra ekspertlər arasında üçtərəfli aktivliyin səbəblərinin aydın olduğu barədə fikirlər səslənməyə başlayıb. Dünyadakı iki qlobal ticarət tərəfdaşı olan Avropa (Aİ) və Çin arasında etibarlı, qısa və sabit nəqliyyat marşrutuna ehtiyac var. Əvvəllər bu marşrut rolunu Rusiya oynayırdı. İndi isə avropalılar Ukraynaya qarşı davam edən qanlı təcavüz səbəbindən Moskva ilə heç bir əməkdaşlığa getmək istəmirlər.

Digər variant isə İrandan keçən yoldur, lakin Tehranın özü hələ də sanksiyalar altındadır.

Beləliklə, Qazaxıstan, Cənubi Qafqaz və Türkiyədən keçən yol yeganə marşrut olaraq qalır. Və bu, təbii ki, onlar üçün bir şansdır. Hazırda Aİ və Çinin ticarət əlaqələri üçün bu yoldan istifadə etməsi və yenisini axtarmaması üçün fürsətdən istifadə etməyə çalışmaq, bütün zəruri logistika və infrastrukturu yaratmağa çalışmaq lazımdır.

Qazaxıstanlı politoloq Aydar Amrebaev məsələ ilə bağlı fikirlərini Press Klubla bölüşüb:

— Mən buna inanırdım və əvvəllər də (Rusiyanın Ukraynaya təcavüzündən əvvəl) əmin idim ki, Çin və Avropa arasında Qazaxıstandan keçən marşrutların şaxələndirilməsi tamamilə zəruridir. Marşrutların şaxələndirilməsinin zəruriliyi bu gün özünü daha qabarıq göstərir. Xəzər dənizi vasitəsilə Avropaya uzanan Cənubi Qafqaz nəqliyyat dəhlizi hazırkı vəziyyətdə əsas prioritetlərdən biridir. Qazaxıstan Xarici İşlər Nazirliyinin və ölkəmizin digər məsul nazirliklərinin mövcud vəziyyətdə yeni imkanlar axtarışında göstərdikləri fəallığın əsas səbəbi də budur.

Rauf Orucov

24 saat” “Avropadan Çinə uzanan körpü – Cənubi Qafqaz alternativi olmayan rola çevrilir” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button