2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Avropalılar bu qış işə əlavə yun köynək geyinəcəkmi

Bir çox rəsmilər və ekspertlər inanırlar ki, problemin real həlli bu qış enerjiyə tələbatı azaltmaqdan keçir

Saytların yığılması Saytlarin yigilmasi

Avropa İttifaqı (Aİ) liderləri bu qış əhaliyə işə əlavə isti köynək geyinməyi tapşıracaqmı? Ukraynada davam edən müharibə elektrikin qiymətini rekord həddə yüksəldib. Yandırıcı yay bitincə Avropa liderləri və rəsmilər qış qabağı tədbirlər üzərində baş sındırırlar. Soyuq aylarda elektrikin kəsilməsi, sosial və siyasi iğtişaşlar riski var.

AzadAvropa/AzadlıqRadiosunun müxbiri Rikard Jozviak yazır ki, artıq hökumətlər vətəndaşlara enerji və kommunal xidmət qəbzlərinin kəlləçarxa qalxacağıyla bağlı xəbərdarlıq edib. Bəzi təhlilçilər ev təsərrüfatı xərclərinin iki, üçqat artacağını proqnozlaşdırır.

Rusiyanın “Qazprom” enerji nəhəngi ötən həftə “Şimal axını- 1” kəməriylə Almaniyaya qaz nəqlini qeyri-müəyyən müddətə dayandırdı, buna texniki səbəbləri göstərdi. Bu həftə gözlər Brüsselə dikilib. Sentyabrın 9-da Aİ-nin enerji nazirlərinin görüşündə Avropa Komissiyasının müxtəlif təkliflər irəli sürəcəyi gözlənir.

Aİ Rusiya qazı üçün maksimum hədd qoya bilərmi? Komissiya Prezidenti Ursula fon der Leyen belə bir addımın vaxtının çatdığını deyib. Fransa və Rusiya qazından çox asılı olmayan ölkələr bu addımı dəstəkləyir. Ancaq Almaniya ekspert komissiyası yaradaraq qazın üçün maksimum qiymət təyin etmək variantlarını araşdırmaq istədiyini deyib. Bu isə o deməkdir ki, Aİ səviyyəsində belə bir addım bu tezliklə gözlənilmir.

Aİ üzvləri qaz anbarlarını 80 faizəcən doldura biliblər, yayda razılaşdırılmış hədəf bu idi. Amma qışda soyuqlar uzanarsa, ehtiyat da tükənə bilər.

Qiymətdə maksimum hədlə bağlı suallar da az deyil. Birincisi bunun mənasız addım olmasıyla bağlıdır. Yəni, Rusiya hələ indidən Avropaya qaz ixracını sıfıra endirməkdədir. Fevralın 24-də Rusiya Ukraynaya hücuma başlayanda Rusiyanın kəmərlə nəql etdiyi qaz Aİ-nin qaz idxalının 40 faizini təşkil edirdi. İndi bu rəqəm 9 faizə düşüb. Qiymət həddi qoyularsa, Moskva qaz tədarükünü tamamilə dayandıracaq.

Digər məsələ maksimum həddin neçə olmasıdır. Bir meqavat-saatın qiymətini 50 avro müəyyən etmək fikri səslənir ki, bu da hazırda spot bazar qiymətinin 20 faizi deməkdir. Başqa variant Moskva ilə qiymət danışmağa vahid alıcı təyin etməkdir. “Qazprom” bu bəndlərin hansısa birinə çətin razılaşa, Aİ-nin müxtəlif enerji şirkətləri ilə kontrakların “fors major” müddəalarına istinad edəcək. İstədiyini ala bilməsə, Qazprom ya Avropanın enerji şirkərlərini məhkəməyə verə bilər, ya da tədarükü kəsər.

Avropa rəsmiləri və siyasətçilərinin iki ideyası daha çox diqqət çəkir.

Qəbul olunma ehtimalı yüksək bir təklif qeyri-qaz, məsələn, bərpaolunan, nüvə, hətta kömür istehsalçılarından qaynaqlanan elektrik üçün qiymət həddi qoymaqdır. Məsələn, bu, həmin istehsalçıların əlavə gəlirinə vergi qoymaqla gerçəkləşə bilər, sonra həmin vəsait maliyyə stressi altında olan təsərrüfatlara və sənayelərə xərclənər.

İkinci variant isə əsasən Portuqaliya və İspaniyada işlək “İberiya modeli”dir. Bu ölkələrin Avropanın qalan hissəsi ilə enerji bağlantısı nisbətən zəifdir, bir növ “enerji adası”dırlar.

Model qazın qiymətinə subsidiyalı hədd qoymaqdan, yəni, qazla elektrikin qiymətini ayırmaqdan ibarətdir. Ancaq İberiya modeli çətin ki Aİ-də topdansatış üçün qəbul edilsin. Bu halda subsidiya nəhəng xərclərə aparıb çıxarar.

Nüvə və kömür enerjisindən istifadənin də artacağı gözlənir. Almaniya artıq nüvə zavodlarının dayandırılmasını ertələyib, kömürlə işləyən stansiyaların bəzilərini yenidən işə salıb. Fransa nüvə zavodlarının tezliklə işə başlayacağına ümid edir. 56 reaktorun yarıdan çoxu hazırda təmirə dayanıb.

Bir çox rəsmilər və ekspertlər inanırlar ki, problemin real həlli bu qış enerjiyə tələbatı azaltmaqdan keçir. Avropa Komissiyası Aİ-nin 27 üzvündə pik saatlarda elektrikdən istifadəni azaltmaq üçün məcburi limit qoyacaq. Gecələr böyük şəhərlər tarixi binaların işıqlarını söndürə bilərlər. Şirkətlər işçilərinə tapşıra bilərlər ki, işə əlavə yun köynək geyinsinlər.

Aİ rəsmiləri gələcəyə daha hazırlıqlı olacaqlarını deyirlər. Blok ABŞ, Azərbaycan, Əlcəzair və Norveçdən mayeləşdirilmiş təbii qaz (LNG) və kəmərlə daşınan qazın həcminin artacağını gözləyir. Digər tərəfdən, gələn qış Avropada ölkələrin qaz şəbəkələrini birləşdirən xətlər, daha çox LNG terminalları, ola bilsin, əlavə kəmərlər qurulacaq.

24 saat” “
Avropalılar bu qış işə əlavə yun köynək geyinəcəkmi
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button