Bizim tərcümə

Avropanın ən dəhşətli kabusu gerçəkləşdi… Çindən flaş hərəkət!

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-10-19 12:26:54

Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə başlayan enerji böhranı Avropaya dərindən təsir etməkdə davam edir.

Ukrayna müharibəsi və Rusiyanın təbii qazdan silah kimi istifadə etməsi səbəbindən Avropa son dövrün ən sərt qışına hazırlaşır.

Saytların yığılması Saytlarin yigilmasi

Bu kontekstdə bir çox Avropa ölkələri Rusiya qazına alternativ axtararkən, qənaət tədbirlərini də müzakirə edirlər.

Avropanın bu axtarışı tam sürətlə davam edərkən Çindən dünya gündəminə bomba kimi düşən xəbərlər gəldi.

İddialara görə, Pekin administrasiyası dövlətə məxsus enerji idxalçı şirkətlərinə enerji çatışmazlığı olan Avropa ölkələrinə təbii qaz tədarükünü dayandırmağı əmr edib.

Bloomberg iddia edir ki, Çin Kommunist Partiyasının Milli İnkişaf və İslahat Komissiyası dövlət enerji nəhəngləri CNOOC, PetroChina və Sinopec-ə mayeləşdirilmiş təbii qazın nəqlini dayandırmağı əmr edib.

Aİ-nin Ukraynaya verdiyi dəstək və Moskvaya qarşı tətbiq etdiyi sanksiyalara cavab olaraq Rusiyanın Aİ-yə daşımalarını azaldacağı vurğulanıb.

Rusiyanın dövlət enerji şirkəti “Qazprom” aprel ayında tədarük etdiyi Təbii Qaz üçün rublla ödəməkdən imtina edən GasTerra-ya təbii qaz axınını dayandıracağını açıqlamışdı.

GasTerra isə rubl ödənişləri ilə bağlı açıqlama verərək, Qazpromun Rusiya təbii qazı üçün ödəmə öhdəliklərinin yerinə yetirilməyəcəyini bildirib.

Qazprom bundan əvvəl rublla ödəməkdən imtina edən Finlandiyaya qaz nəqlini də kəsmişdi.

SİYAHIDA HANSI ÖLKƏLƏR VAR?

Putinin imzaladığı fərmanla ötən həftələrdə “dost olmayan ölkələr” siyahısı rəsmiləşdi.

Rusiya hökumətinin açıqladığı siyahıya ABŞ və bütün Aİ ölkələri daxil edilib.

Ukrayna, Monteneqro, İsveçrə, Albaniya, Andorra, İslandiya, Lixtenşteyn, Monako, Norveç, San Marino, Şimali Makedoniya, həmçinin Yaponiya, Cənubi Koreya, Avstraliya, Mikroneziya, Yeni Zelandiya, Sinqapur və Tayvan da siyahıda yer alıb.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button