Loading...
Loading...
SEÇMƏ

“Avroviziya-2022”: İlk finalçılar bəllidir

İtaliyanın Turin şəhərində “Avroviziya-2022” mahnı müsabiqəsinin birinci yarımfinalı baş tutub.

Birinci yarımfinal mərhələsində 17 ölkənin – Albaniya, Latviya, Litva, İsveçrə, Sloveniya, Ukrayna, Bolqarıstan, Niderland, Moldova, Portuqaliya, Xorvatiya, Danimarka, Avstriya, İslandiya, Yunanıstan, Norveç Ermənistanın təmsilçiləri çıxış edib.

Çıxışlar bitdikdən dərhal sonra səsvermə mərhələsi başlayıb. 17 ölkədən ən çox səs toplamış 10 ölkə 14 mayda keçiriləcək final mərhələsinə yüksəlib. Həmin ölkələr bunlardır: İsveçrə, Ermənistan, İslandiya, Litva, Portuqaliya, Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland.

Azərbaycan təmsilçisi Nadir Rüstəmli ikinci yarımfinalda – 12 mayda çıxış edəcək.

24 saat” ““Avroviziya-2022”: İlk finalçılar bəllidir” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Gerasimov Ukraynadakı qoşunların rəhbərliyindən uzaqlaşdırıldı – Jdanov

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun