2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

Avrozonada inflyasiya düşür, Azərbaycanda yox – Səbəb nədir?

Matın 29-da Azərbaycan Mərkəzi Bankı (AMB) yenidən uçot dərəcəsini qaldırdı. Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8.5-dən 8.75 faizə, faiz dəhlizinin aşağı həddi 6.75-dən 7-yə, yuxarı həddi isə 9.5-dən 9.75-ə çatdırıldı. Qurum bundan öncə bu ilin fevralında uçot dərəcəsini artırmışdı.

Adətən uçot dərəcəsi inflyasiyaya qarşı tədbirlər çərçivəsində qaldırılır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda inflyasiya ötən ilin analoji dövrü ilə müqayisədə 13.9 faiz (ərzaq 17.3 faiz) təşkil edib. Rəsmilərin açıqlamalarına görə, Azərbaycana inflyasiya, əsasən, xaricdən idxal olunur. Lakin avrozonada inflyasiya tempi artıq yavaşıyıb. AMB 2023-cü ildə ölkədə illik inflyasiya səviyyəsini 8 faiz civarında proqnozlaşdırıb.

Mərkəzi Bankdan bildirilib ki, ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanın tədricən azalması davam edir, bu da ölkə daxilində inflyasiyanın faktiki və gözlənilən dinamikasına müəyyən zaman intervalı ilə təsir göstərir: “Eyni zamanda, tədiyə balansının cari əməliyyatlar hesabının profisiti qiymət sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini dəstəkləyir. Manatın nominal effektiv məzənnəsinin möhkəmlənməkdə davam etməsi inflyasiyanın xarici xərc amillərini neytrallaşdırır. 2022-ci ildəki 8.4 faizlik möhkəmlənmənin ardınca 2023-cü ilin ilk iki ayında manatın nominal effektiv məzənnəsi 2.2 faiz möhkəmlənib”.

Saytların yığılması Saytlarin yigilmasi

Vurğulanıb ki, monetar şəraitin adekvat tənzimlənməsi də inflyasiyanın daxili tələb amillərini məhdudlaşdırır: “2023-cü ilin fevralında illik inflyasiya 14.1 faiz təşkil edib. Bu da son bir ildə müşahidə edilən pik səviyyə (2022-ci ilin sentyabrında 15.6%) ilə müqayisədə 1.5 faiz bəndi azdır”.

Bankdan əlavə olunub ki, ilin əvvəlindən bəri bəzi xidmət və məhsulların qiymətlərinin dəyişdirilməsi ilə bağlı qərar inflyasiya gözləntilərinə təsir edə bilər: “Baza ssenari üzrə fərziyyələrlə 2023-cü ildə illik inflyasiyanın 8 faiz ətrafında olacağı proqnozu dəyişməz qalır”.

İqtisadçı Nazim Bəydəmirli isə AzadlıqRadiosuna bildirib ki, ötən il ərzaq qiymətlərində reallıqda 60 faizlik artım olub. Onun sözlərinə görə, dövlət inflyasiya dərəcəsini həmişə aşağı göstərir ki, həmin hissəsini kompensasiya etmək üçün vətəndaşlara az vəsait ödəsin: “Çünki pensiya və əmək haqlarının artımı inflyasiya səviyyəsinə uyğun artırılır. Digər tərəfdən, inflyasiya səviyyəsi ona görə az göstərilir ki, yaxşı işlədikləri ilə bağlı görüntü yaratsınlar”.

O, Azərbaycanın əsas ticarət tərəfdaşlarında inflyasiyanın yüksək olduğunu deyir: “O ölkələrdən gələn məhsulların da qiyməti real olaraq artır. Belə olan şəraitdə Azərbaycanda həmin məhsullarda qiymətlər adekvat olaraq artmalıdır, çünki valyuta kursu da dəyişmir. Qiymətlərin isə buna adekvat olmayan şəkildə artmasının səbəbi inhisarçılıq və məmur monopoliyasıdır”.

İqtisadçının vurğulamasına görə, mərkəzi banklar uçot dərəcəsini həm də ona görə müəyyən edir ki, kommersiya banklarına resurs versinlər: “Amma Azərbaycanda Mərkəzi Bank kommersiya banklarına öz resurslarından, demək olar ki, vəsait vermir. Əgər başqa ölkələrdə ümumi daxili məhsulun istehsalında bankların xüsusi çəkisi nisbətən yuxarıdırsa, bizdə bu, aşağıdır – 30 faiz civarındadır. Bu da onu göstərir ki, Mərkəzi Bankın uçot dərəcəsini qaldırıb-endirməsinin kredit faizlərinə heç bir aidiyyəti olmur. Çünki kredit resursların verilməsi müşahidə olunmur”.

Bəydəmirlinin sözlərinə görə, bank sektoru o qədər monopoliyaşıb ki, böyük paya sahib olan kommersiya banklarının heç Mərkəzi Bankın resurslarına ehtiyacı yoxdur, öz resursları onlara kifayət edir: “Onların da marağında deyil ki, uçot dərəcəsi aşağı düşsün, çünki adekvat olaraq kredit faizləri də aşağı düşür. Banklar müstəqil deyillər və monopolistlərin holdinqlərinin maliyyələşməsində iştirak edirlər, kənar şəxslərə isə yüksək faizlə kredit verirlər. Yəni, yüksək faizlərin saxlanması həmin monopolistlərin marağına xidmət edir və Mərkəzi Bank uçot dərəcəsini qaldırsa da, sıfıra endirsə də, bunun heç bir əhəmiyyəti yoxdur”.

Səslənən fikirlərlə bağlı bank təmsilçiləri ilə danışmaq mümkün olmayıb.

The post Avrozonada inflyasiya düşür, Azərbaycanda yox – Səbəb nədir? appeared first on 24 saat.

“24 saat “Avrozonada inflyasiya düşür, Azərbaycanda yox – Səbəb nədir?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button