Loading...
Loading...
iqtisadiyyatİqtisadiyyat

Avrozonada inflyasiya rekord həddə çata bilər

Avrozonada istehlak qiymətlərinin artımı indeksi rekord həddə çata bilər.

2022-ci ilin avqustunda 2021-ci ilin avqustu ilə müqayisədə inflyasiyanın rekord 9,1% təşkil edə  biləcəyi qeyd edilir.

Bununla bağlı ilkin hesablamalar avqustun 31-də “Eurostat”da dərc edilib.

Bildirilir ki, iyulda bu göstərici 8,9% olub ki, bu da tarixi maksimumdur.

Kateqoriyalar üzrə qiymətlər daha çox enerji daşıyıcıları (38,3% – lakin 39,6% olan iyul göstəricisindən azdır), ərzaq, alkoqol və tütün (10,6%) məhsulları üzrə bahalaşıb.

Kateqoriyalar üzrə qiymətlər daha çox enerji daşıyıcıları (38,3% – lakin 39,6% olan iyul göstəricisindən azdır), ərzaq, alkoqol və tütün (10,6%) məhsulları üzrə bahalaşıb.

Xatırladaq ki, Avrozonaya Belçika, Almaniya, Estoniya, İrlandiya, Yunanıstan, İspaniya, Fransa, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Malta, Hollandiya, Avstriya, Portuqaliya, Slovakiya, Sloveniya və Finlandiya daxildir.

24 saatAvrozonada inflyasiya rekord həddə çata bilər” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Gözdən qaçırmayın:  “Qazprom” Fransanın qaz tədarükünü dayandırdı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button