Bizim tərcüməDünya

Avstraliya ankrajına icazə vermədi! Nəhəng gəmi yüzlərlə sərnişinlə gözləyir

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

800-dən çox sərnişini daşıyan “Vikinq Orion” kruiz gəmisi Avstraliyanın Adelaida limanına yanaşmaq üçün icazə istəyib. Lakin Avstraliya səlahiyyətliləri gəminin gövdəsində “dəniz canlılarının böyüdüyünü” əsas gətirərək, gəminin limana yanaşmasına icazə verməyib.

BBC-nin xəbərinə görə, gəminin gövdəsindəki göbələyin “potensial zərərli” olduğu bildirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Zərərli orqanizmlərin Avstraliya sularına daşınmaması üçün gəminin gövdəsinin təmizlənməsi lazım olduğunu vurğulayan səlahiyyətlilər, peşəkar dalğıcların təmizləmə üçün danışıqlara başladığını qeyd edib.

Digər tərəfdən, Viking Orion operatorları tərəfindən verilən açıqlamada gəmidən məhdud sayda dəniz canlısının təmizləndiyi və bunun onların marşrutlarında bir çox dayanacaqları qaçırmalarına səbəb olduğu bildirilib.

Açıqlamada bildirilib ki, gəminin yanvarın 2-də Melburn limanına yanaşması gözlənilir.

Bu vaxt gəminin Adelaide şəhərindən əvvəl Yeni Zelandiyanın iki, Avstraliyanın isə bir limanında lövbər salmaq üçün müraciət etdiyi, lakin icazə ala bilmədiyi bildirilib.

930 sərnişin tutumuna malik Viking Orion-un 14 göyərtəsi var. (AA)

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button