2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Avtobus sürücüsü general oğlundan şikayətini geri götürdü

Xuliqanlıq hərəkəti etməkdə təqsirləndirilən general Novruzəli Orucovun oğlu Rüstəm Orucovun və onunla ittiham olunan Kənan Vəliyev və Pərviz Abbasovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bu barədə vəkil Kamandar Nəsibov bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Vəkil qeyd edib ki, zərərçəkmiş Sənan Səmədov məhkəməyə ərizə ilə müraciət edib: “O, müraciətində bildirib ki, təqsirləndirilən şəxslərin heç birindən şikayət və tələbi yoxdur”.

***

Binəqədi Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Rüstəm Orucovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Bildirilib ki, iş üzrə dindirilməmiş bir şahid qalıb, o da səhhəti ilə bağlı məhkəmədə iştirak edə bilmir.

Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses sentyabrın 22-də davam etdiriləcək.

Qeyd edək ki, hüquq-mühafizə orqanlarının yaydığı məlumatda bildirilib ki, bu il iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi “BMW” markalı, 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Xatırladaq ki, Rüstəm Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib, hadisə yerindən qaçdığına üçün 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib.

R. Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə sabiq müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin keçmiş rəisi, general Novruzəli Orucovun oğludur. N. Orucov hadisədən sonra tutduğu vəzifədən azad edilib. (APA)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button