Now Reading:
Avtobusda qadını zorlayan sürücü: “Normal qadının gecə saat 11-də küçədə nə işi var?”

Avtobusda qadını zorlayan sürücü: “Normal qadının gecə saat 11-də küçədə nə işi var?”

Yanvar ayında Ankaranın Etimesgul mahalında sürücülük etdiyi bələdiyyə avtobusunda sərnişinə təcavüz edən şəxs hakim qarşısına çıxıb.
İbrahim Tuncay adlı sürücü yanvar ayının 4-də saat 23:30-da qadın sərnişini zorlayıb.

Hadisədən sonra tutulan İbrahimin 48 il müddətinə həbsi tələb olunurdu.
O, hakim qarşısında özünü müdafiə zamanı təəccübləndirib. Belə ki, o, hakimlərə “Normal qadının gecə saat 11-də küçədə nə işi var? Bir qadın saat 11-də avtobusa niyə tək minsin?” deyib.
Onun bu sözləri Türkiyədə geniş müzakirələrə səbəb olub. (milli.az)

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.