2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Avtobuslarda uşaqların daşınması ilə bağlı yeni qayda

Saytların yığılması Saytlarin yigilmasi
foto sosial şəbəkə
foto sosial şəbəkə.

”Avtobuslarda 5 yaşadək uşaqların ödənişsiz gedişi ilə bağlı say məhdudiyyəti qoyulmayacaq”

Şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında 5 yaşadək uşaqlar ödənişsiz gedəcəklər.

APA yazır ki, bu, Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.

Hazırki qaydaya əsasən, marşrutlarda sərnişin ayrıca yer tutmayan 5 yaşadək uşağa pul ödəmir. Ayrıca yer tutan uşağa isə bilet alınmalıdır. Sərnişinlə 5 yaşadək bir neçə uşaq getdikdə pulsuz gedən bir uşaqdan başqa hər birinə, həmçinin 5 yaşdan 10 yaşadək hər bir uşağa gediş bileti alınmalıdır. 10 yaşdan yuxarı olan uşaqların getməsinə görə gediş haqqı müəyyən olunmuş tarifin tam həcmində alınır. Marşrut taksi rejimində işləyən avtobuslarda uşaq biletləri tətbiq edilmir və ayrıca yer tutan uşağa müəyyən olunmuş tarifin tam həcmində gediş bileti alınır.

Bundan sonra şəhərdaxili (rayondaxili) avtobuslar istisna olmaqla, müntəzəm avtobus marşrutlarında sərnişin özü ilə ayrıca yer tutmadan gediş haqqı ödənilmədən 5 yaşa qədər bir neçə uşaq aparmaq hüququna malik olacaq.

Yəni şəhərdaxili (rayondaxili) avtobuslarda 5 yaşadək uşaqların ödənişsiz gedişi ilə bağlı say məhdudiyyəti qoyulmayacaq.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button