2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Avtomobillər texniki baxışdan yeni qaydalarla keçiriləcək

Azərbaycanda nəqliyyat vasitələrinin dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçiriləcək.

Bununla bağlı “Yol hərəkəti haqqında” qanununa dəyişikliklər təklif edilir.
Layihə Milli Məclisə prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə daxil olub.
Layihəyə əsasən, bu qanunun 27-ci maddəsinin ikinci hissəsinin 2-5-ci bəndlərində və üçüncü hissəsində nəzərdə tutulmuş nəqliyyat vasitələri, həmçinin avtobuslar, icazə verilən maksimum kütləsi 3.5 tondan artıq olan yük avtonəqliyyat vasitələri, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələrinin – istehsal olunduğu vaxtdan 1 il müddətinə texniki baxışdan keçirilməməsi nəzərdə tutulur.
Qanuna əsasən, istehsal olunduqları vaxtdan 4 il keçdikdə 2 ildə bir dəfə, istehsal olunduqları vaxtdan 10 il keçdikdə – ildə bir dəfə texniki baxışın keçirilməsi nəzərdə tutulur.
Bu təklif texniki baxışı həyata keçirən qurumların fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edir.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
report.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button