2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

AXCP fəalı həbsxananın tibb müəssisəsinin psixiatriya şöbəsinə yerləşdirilib

Həbs cəzası çəkən Xalq Cəbhəsi Partiyasının üzvü Aqil Hümbətov Penitensiar Xidmətin Müalicə Müəssisəsinin psixiatriya şöbəsinə yerləşdirilib.

Psixiatrik problemlərinin olmamasına baxmayaraq, onu psixotrop vasitələr qəbul etməyə məcbur edirlər. Bu barədə Turan-a fəalın həyat yoldaşı Aygün Hümbətova bildirib.

“Aqil dedi ki, ona o qədər çox psixotrop dərman veriblər ki, “tormozlanıb” və çox süstdür. Gözlərinin ağı saralıb. O, karserə salınıb, çılpaq soyundurulub və beton döşəməyə uzadılıb. Həyat yoldaşımın vəziyyətinə görə narahatam”, deyə Aygün Hümbətova bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Penitensiar Xidmətdən şərh verməkdən yayınıblar, müalicə müəssisəsinə müraciət etməyi məsləhət görüblər. Lakin müalicə müəssisəsinin qəbul otağından telefon zənglərinə cavab verilməyib.

Aqil Hümbətov 11 avqust 2021-ci il tarixində Zirə qəsəbəsinin sakininə bıçaqla xəsarət yetirmək ittihamı ilə saxlanılıb.

Vəkil Hümbətovun döyüldükdən sonra etirafı imzaladığını iddia edir. Məhkəmədə Hümbətov ifadələrindən imtina edib, onları işgəncə altında verdiyini bildirib.

15 noyabr 2021-ci il tarixində Bakı məhkəməsi Hümbətovu xuliqanlıq ittihamı ilə 10 il həbs cəzasına məhkum edib.

Fevralın 7-də məhkəmə kassasiya şikayətini təmin etməyib.

Hüquq müdafiəçiləri Hümbətovu siyasi məhbus kimi tanıyıblar.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button