ÖLKƏ

AXCP fəalına qarşı işgəncələrə etiraz olaraq aksiya

Cümə günü Bakının mərkəzində AXCP-nin bir qrup qadın fəalı AXCP üzvü Elzamin Salayevin həbsxanasında işgəncələrə məruz qalmasına etiraz olaraq aksiya keçirib.

Ondan çox qadın “Demokratiya istəyirik!” plakatları tutaraq yürüş edib.

Aksiya iştirakçıları “Polis işgəncələrinə son !” “Qadın işgəncələrinə son” , “Qadın təcavüzünə son!”, “Elzaminə azadlıq”, “DİN rəhbəri istefa!” şüarlarını səsləndiriblər.

Onlar E.Salayevin həyatına təhlükə olduğunu və təcili əməliyyata ehtiyac olduğunu bildiriblər.

Polis əməkdaşları onların yolunu bir neçə dəfə bağlayaraq razılaşdırılmamış aksiyaya son qoymalarını tələb edib. Buna baxmayaraq, aksiya iştirakçıları Nizami (Torqovaya), Xaqani və Hacıbəyov küçələri ilə “Sahil” metro stansiyasına qədər yürüşü davam etdiriblər.

E.Salayevin oğlu Oqtay Salayev yanvarın 24-də Binəqədi İstintaq Təcridxanasında saxlanılan atası ilə görüşüb. Onun sözlərinə görə, atası yanvarın 13-də Səbayel Rayon Polis İdarəsinin 8-ci bölməsində saxlanıldıqdan sonra işgəncəyə məruz qalması faktını təsdiqləyib. DİN hospitalının həkimləri qarın boşluğunda yırtığın əmələ gəldiyini bildirərək əməliyyat aparılmasının lazım olduğunu deyiblər, lakin polis buna icazə verməyib.

“Bu gün atam yaxşı olduğunu söylədi”, – oğlu əlavə edib.

Ombudsman Aparatının əməkdaşları da E.Salayevə baş çəkiblər. “Tibbi müayinə aparılıb, vəziyyəti normaldır. Onun müraciəti əsasında araşdırma aparılır”, – Ombudsman Aparatından bildiriblər.

Xatırladaq ki, E.Salayev yanvarın 13-də Salyan rayonunda polis əməkdaşları haqda tənqidi video yayandan sonra saxlanılıb. O, xırda xuliqanlıq və polisə tabe olmamaqda günahlandırılaraq 30 sutka həbs edilib. 

Contact.az

24saat.org

Mənbə – azadliq.info

Etiketlər
Daha çox

Bənzər məqalələr

Back to top button
Close
Close