2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

AXCP fəalı həbs edilib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri Nicat Abdullazadə və Ceyhun Novruzov 50 manat məbləğində cərimələnib.

Bu barədə Turana məlumat verən Nicat Abdullazadnin sözlərinə görə, partiya fəalı onun və partiyanın digər fəalı Ceyhun Novruzov barələrində Səbail Rayon 8-ci polis bölməsində İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə protokol tərtib olunub. “Biz, yəni mən, Ceyhun Novruzov və Elzamin Salayev Səbail rayon ərazisində yerləşən kafelərdən birinə gəlmişik, yemək sifariş vermişik. Birdən kafeyə özlərini Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları kimi təqdim edən şəxslər daxil oldu və bizi saxladı. Qanımızda alkoqolun olub-olmamasını yoxlamaq üçün ekspertizaya apardılar. Mənim qanımda heç nə tapılmadı, Ceyhunun və Elzaçin bəyin qanında alkoqol izləri çıxdı. Protokol tərtib etdilər ki, guya biz kafenin qabağında söyüş söymüşük. Məni və Novruzovu 50 manat məbləğində cərimələdilər, Elzamin Salayevi isə məhkəməyə apardılar”.

Saytların yığılması Saytlarin yigilmasi

Sonra məlum olub ki, Elzamin Salayev 30 sutka müddətinə həbs olunub.

Abdullazadənin sözlərinə görə, saxlanılmasının səbəbi Salayevin Səlyan rayonun polisi ilə bağlı çəkdiyi video ilə bağlıdır.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button