2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

AXCP fəalına həbsdə işgəncə verilib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Suraxanı şəbəsinin fəalı, aprelin 22-də həbs olunan Arif Babayevin işgəncəyə məruz qaldığı bildirilir. Bu barədə onun qardaşı Elxan Babayev məlumat verib.
E.Babayevin sözlərinə görə, qardaşı Suraxanı rayonu, 30-cu polis bölməsində işgəncəyə məruz qalıb. A.Babayevin “Facebook” səhifəsindəki paylaşımlara, AXCP sədri Əli Kərimliyə dəstək xarakterli statuslarına görə şəxsən bölmənin rəisi Elnur Əliyev tərəfindən döyüldüyünü deyən E.Babayevin sözlərinə görə, bununla da kifayətlənməyiblər:
“İnzibati qaydada həbs olunanların saxlandığı Binəqədidəki təcridxanaya köçürüləndən sonra da təzyiqlər davam edib. Təcridxanada təzyiq altında onu məcbur ediblər ki, video qarşısında “günahını” boyununa alsın, gələcəkdə siyasi çağırışlar etməyəcəyini desin”.
E.Babayevin sözlərinə görə, qardaşını aprelin 22-də polislər gəlib evdən aparıblar. Həmin gün axşam saatlarında Suraxanı rayon Məhkəməsinin hakimi Ceyhun Qədimov onun haqqında 30 sutkalıq həbs qərarı çıxarıb. A.Babayev İnzibati Xətalar Məcəlləsinin 388-1.1 (internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi ) maddəsilə təqsirləndirilib.
AXCP-dən isə bildirilib ki, 30-cu polis bölməsinin rəisi Elnur Əliyev prezident İlham Əliyevin bibisi Şəfiqə Əliyevanın nəvəsi, həmçinin Nərimanov rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyevin kürəkənidir.
Son 15 gündə həbs olunan AXCP fəallarının sayı 10 nəfərə çatıb. Onlardan 7-nə 30 sutka, ikisinə 20 sutka inzibati həbs cəzası verilib. AXCP-nin Salyan şöbəsinin fəalı Zamin Salayev isə polisin şikayətilə 2 il 3 ay azadlıqdan məhrum edilib. İnzibati qaydada həbs olunanlar arasında AXCP sədrinin köməkçisi Faiq Əmirli, ictimai əsaslarla mühafizəçiləri Ruslan Əmirov və Niyaməddin Əhmədov, gənc fəal Baba Süleymanov, Nicat Abdullazadə, Vüqar Əbilov, İslam İslamzadə də var.
AXCP-dən bildirilib ki, son 11 gündə partiya sədri Əli Kərimli və onunla birlikdə yaşayan ailə üzvlərinin də telefon və internet əlaqələri məhdudlaşdırılıb.
Partiya sədrinin müavini Seymur Həzi hesab edir ki, son günlərdə baş verənlər hakimiyyətin Ə.Kərimlinin təcridi ilə bağlı xüsusi planı olmasını sübut edir. Onun sözlərinə görə, son günlərdə həbs edilən cəbhəçilərin əksəriyyəti Ə.Kərimli ilə birbaşa əlaqədə olan şəxslərdir: “Hakimiyyətin planı Əli Kərimlini tam təcrid etməkdir. Onun xarici aləmlə nəinki internet, telefon, hətta fiziki əlaqəsini kəsirlər. Hakimiyyət ən yüksək səviyyədə həyata keçirdiyi əməliyyatlarla AXCP sədrini və partiyanı məhdudlaşdırmaq niyyəti güdür”.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button