2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

AXCP fəalına qarşı ittiham sərtləşdirilib

Yayımlandı: 25 Avqust 2022 11:49

Gülnarə Rəhimova xüsusi ittiham qaydasında məhkəməyə verilib

Xətai Rayon Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Gülnarə Rəhimovaya qarşı xüsusi ittiham qaydasında şikayəti icraata qəbul edib.

Saytların yığılması Saytlarin yigilmasi

Şikayətçi Nəsimi Payon Polis İdarəsinin əməkdaşı, serjant Seymur İmanovdur.

Avqustun 24-də məhkəmənin hazırlıq iclasında Gülnarə Rəhimova təqsirləndirilən şəxs qismində prosesə cəlb edilib.

G.Rəhimovaya qarşı şikayətin verilməsinə avqustun 11-də “Facebook”da paylaşdığı statusu səbəb olub.

Bundan əlavə, AXCP üzvünə qarşı ittihamı sərtləşdiriblər.

Bildirilir ki, Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsinin ikinci bəndi (ağır cinayətin törədilməsi haqda böhtan) ilə fəalı 3 ilədək azadlıqdan məhrumolunma təhlükəsi gözləyir: “148-ci maddə (təhqir) üzrə ittiham da qalır ki, bu, 6 aya qədər azadlıqdan məhrumetməni nəzərdə tutur”.

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun təşkil etdiyi “Quru sərhədləri açın!” şüarıyla etiraz aksiyası iyulun 19-da Nazirlər Kabinetinin qarşısında keçirilib.

Həmin gün aksiyaya gələnlərdən Müsavat Partiyasının üzvü Əziz Məmiyev saxlanılıb, ona 30 sutka həbs cəzası verilib.

Əziz Məmiyev yaxınlarına saxlanılarkən və daha sonra polis bölməsində döyüldüyünü bildirib.

Aksiyada olan Gülnarə Rəhimova və daha bir neçə fəal Əziz Məmiyevlə birlikdə saxlanılaraq, eyni avtomobildə polis bölməsinə aparılıb.

Gülnarə Rəhimova sosial media hesabındakı paylaşımında təhqir və böhtan elementlərinin olmadığını deyir.

O hesab edir ki, iddia siyasi fəaliyyətinə yönəlib, etiraz aksiyalarında iştirakına və hökumətin ünvanına tənqidlərinə görə ona təzyiqlər edilir.

Növbəti iclas avqustun 30-da olacaq.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button