2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

AXCP fəalını oğurlayıblar

Yanvarın 28-də günorta saatlarında Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin üzvü Nicat Abdullazadə Bakıda Nərimanov metro stansiyasının yaxınlığında 3 nəfər mülki geyimli şəxs tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb. Bu barədə AXCP məlumat yayıb. “Həmin mülki geyimli şəxslər Nicat Abdullazadəyə zəng edərək “Azadlıq” qəzetinin baş redaktoru, siyasi mühacirətdə olan Qənimət Zayidovun çapdan yeni buraxılmış “Son dərviş” kitabını istəyiblər. Nicat Abdullazadə həmin kitabı onlara çatdıran zaman saxlayıblar”,- AXCP-dən Turan-a bildiriblər.

Nicat Abdullazadə yanvarın 13-də də saxlanılmışdı. O, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Əlzamin (Zamin) Salayevlə birgə saxlanılmışdı.

Saytların yığılması Saytlarin yigilmasi

Əlzamin Salayev 30 sutka inzibati həbsə məhkum edilib. Nicat Abdullazadə isə 50 manat cərimə edilərək sərbəst buraxılıb.

Contact.az

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button