2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

AXCP fəalının işi üzrə məhkəmə iclası qapalı rejimdə keçirilib

Bakı/27.10.21 Bu gün, oktyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Aqil Hümbətovun cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

Məhkəmə rəsmi qaydalara uyğun olaraq açıq olsa da, faktiki qapalı şəraitdə keçirilir. Məhkəmə zalına Aqil Hümbətovun nə qohumları, nə də siyasi tərəfdarları buraxılmayıb.

Hümbətovun ailəsi dövlət tərəfindən təyin edilən vəkildən imtina etsə də, məhkəmə iclası həmin vəkilin iştirakı ilə keçirlib. Adı bəlli olmayan vəkil isə məhkəmə ilə bağlı hər hansı məlumat verməyib.

Saytların yığılması Saytlarin yigilmasi

Aqil Hümbətov bu il avqustun 11-də Bakının Zirə qəsəbəsində Yamən Məmmədov adlı şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham olunur.

Hümbətova qarşı Cinayət Məcəlləsinin 126.2.4-ci maddəsi ilə (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) cinayət işi açılıb və barəsində Xəzər Rayon Məhkəməsinin qərarı ilə 4 ay həbs qətimkan tədbiri seçilib.

AXCP fəalı bundan öncə 2019-cu il martın 14-də saxlanılaraq 30 sutka inzibati həbsə məhkum edilib.

AXCP onun saxlanılmasına sosial şəbəkələrdə prezident İlham Əliyevə müraciətinin səbəb olduğunu bildirib.

Bakının Zirə qəsəbəsinin sakini olan Hümbətov deyib ki, işsizdir və üç uşaq böyüdür, yerli hakimiyyət onun problemləri ilə məşğul olmur, buna görə o, zibilliklərdə karton yığıb satmaqla pul qazanmaq məcburiyyətindədir.

Bundan sonra Hümbətov 2020-ci ilin aprelində və iyununda Bakının Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Bu gün keçirilən məhkəmə iclasını izləmək üçün gələn AXCP fəalı İlham Hüseyn bildirib ki, məhkəmə keçirilən iclas zalında koronavirus qaydaları əsasında 20 nəfərin iştirakı üçün imkan var.  

“Amma məhkəmə zalına üç nəfəri belə buraxmadılar. Bu isə məhkəmənin qondarma olduğunu, Azərbaycan hakimiyyətinin repressiya siyasətinin tərkib hissəsi olduğunu göstərir”, o qeyd edib.

AXCP Rəyasət Heyətinin üzvü Asif Yusifli bildirib ki, son zamanlar AXCP və Milli Şuraya qarşı hökumətin yeni təzyiq, təqib kampaniyalarına ara verilmir.

“Bu gün şərlənərək həbs olunan Aqil Hümbətovun məhkəməsidir. Onun tək təqsiri odur ki, canlı yayım açaraq davamlı olaraq uşaq pulu tələb edib. Başqa heç bir təqsiri yoxdur. Heç bir cinayətdə onun əli yoxdur və heç vaxt da olmayıb. Sadəcə hakimiyyət onu cəzalandrımaqla başqalarına dərs vermək istəyir. Bu gün başqa bir Milli Şura üzvü Vidadi Mirkamala ödənilmiş 103 min manat pensiyanın geri alınması iddiası ilə də məhkəmə var. Ümumiyyətlə məhkəmə prosesini sifarişli hesab edirəm və ədalətli qərar verəcəyini də gözləmirəm”, deyə o qeyd edib.

Hüquq müdafiəçisi Təzəxan Mirələmli hesab edir ki, məhkəmə qapalı keçirilir. Ali Məhkəmənin göstərişinə görə, COVİD-19 pasportu olan şəxslər məhkəmələrə buraxılmalıdır.

“Şəxsən mənin COVİD-19 pasportum var. Zalda da kifayət qədər boş yer var. Amma məhkəmə zalına heç kimi buraxmırlar”, deyə o qeyd edib. -03-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button