Now Reading:
AXCP Gənclər Komitəsinin fəalına 30 sutka həbs verilib

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Gənclər Komitəsinin üzvü Natiq Kazımov 30 sutka azadlıqdan məhrum edilib.

Məlumatı Meydan TV-yə vəkil Əsabəli Mustafayev verib.

Vəkil Natiq Kazımovun saxlanılmasından Ombudsman Aparatına sorğusu nəticəsində xəbər tutub:

“Ombudsman Aparatı sorğumuza operativ reaksiya verdi. Məlum oldu ki, Natiq Kazımov Abşeron Polis İdarəsində saxlanılır. Güman ki, polisə müqavimət ittihamı ilə inzibati cəza alıb. Çünki 30 sutka yalnız bu ittihamla cəzalandırılır”.

Vəkil Əsabəli Mustafayev partiyanın Binəqədi şöbəsinin üzvü Rəşid Fərəcli barədə məlumatsız olduğunu və araşdırdığını deyib.

Partiyadan bildirildiyinə görə, N.Kazımov yaşadığı Qobu qəsəbəsi ərazisində olan qaz probleminə görə sakinlərə qaz idarəsinə şikayətə getməyi təklif edib. Onun bu səbəbdən polisə dəvət edildiyi bildirilir.

AXCP Binəqədi şöbəsinin üzvi R.Fərəclinin yaxın dostları isə onun sosial şəbəkələrdəki fəallığı üzündən Bakı Şəhər Baş Polis İdarəsinə çağrıldığını deyirlər.

Gənclərin yanvarın 4-də polisdə dindirildikləri bildirilir.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.