Cəmiyyət

AXCP gənclərinin Sumqayıt sədrinə 20 sutka həbs verilib

AXCP Gənclər Komitəsi Sumqayıt şəhər şöbəsinin sədri Ruslan Qarayev saxlanılaraq 20 sutka inzibati həbs cəzasına məhkum edilib. Onu Sumqayıt polisi iyulun 20-də saxlayıb. Lakin bu barədə onun ailəsinə və yaxınlarına məlumat verilməyib.

 

R.Qarayevin yoxa çıxdığı barədə AXCP-yə iyulun 21-də məlumat daxil olub. Bundan sonra partiyanın Sumqayıt şöbəsinin rəhbərliyi Polis İdarəsinin qarşısına gedərək, R.Qarayevin taleyi ilə maraqlanıblar. Bundan sonra bəlli olub ki, R.Qarayev Polis İdarəsində saxlanılır. Lakin onun niyə saxlandığı haqda yenə də məlumat verməyiblər.

Ruslan Qarayevə iyulun 20-də 20 sutka inzibati həbs cəzası verildiyini vəkili Əsabəli Mustafayev məlumat verib. Vəkil R.Qarayevin niyə saxlandığını yaxın saatlarda aydınlaşdırmağa çalışacağını bildirib.

Gözdən qaçırmayın:  General Nizami Məmmədov həbs olundu - FOTO
Back to top button