2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

AXCP gəncləri barədə məhkəmə qərarı verildi

”Biz polisə müqavimət göstərməmişik”

Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında yanvarın 15-də saxlanılan beş nəfər AXCP üzvündən ikisinə 20 sutka inzibati həbs, üçünə isə 200 manat cərimə cəzası verildi.

Nəsimi Rayon Məhkəməsində yanvarın 16-da hakim Azər Tağıyevin sədrliyilə onların haqqında qərar çıxarılıb. Qərara əsasən, cəbhəçi gənclər İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) maddəsilə təqsirli bilinib.

20 günlük inzibati həbs olunanlar AXCP Gənclər Komitəsinin sədri Emil Səlimov və Nicat Abdullazadə olub. Emin Maniyev, Nicat Nizamov və Şəmistan Həziyev isə cərimələnib.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org-un xəbərinə görə, Cərimələnən AXCP üzvləri Meydan TV-yə bildirib ki, barələrində çıxarılan məhkəmə qərarı əsassızdır.

“Biz polisə müqavimət göstərməmişik. Əksinə, polis, sakit dayanıb cəbhədaşlarımızın məhkəməsini gözlədiyimiz yerdə bizi tutub aparıb. Apelyasiya şikayəti verəcəyik”, – deyə Nicat Nizamov bildirib.

Nicat Nizamov
Nicat Nizamov

Onların sözlərinə görə, günorta saat 15-16 radələrində tutulub 22-ci polis bölməsinə aparılıblar. Amma cəbhəçilərin axşam saat 18.00 radələrində saxlandığı yazılıb:

“Bu da protokolun da, polisə müqavimət ittihamının da saxta olduğunu göstərir”.
AXCP-çi gənclər Bakı Ağır Cinayətlər Məhkəməsində partiyanın beş üzvü ilə bağlı keçirilən proseslə bağlı məhkəmənin qarşısında olublar. 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button