2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

AXCP “işıq məhbusu” köçkünlərin müdafiəsinə qalxdı

“Həbs edilənlər dərhal azad olunsun, problemlər ən qısa zamanda həllini tapsın”

AXCP Biləsuvarda işıq probleminə görə aksiya keçirən cəbrayıllı köçkünlərə qarşı repressiyanı pisləyən bəyanat verib. Bəyanatda deyilir:

Dekabrın 22-də Biləsuvar rayonunda məskunlaşmış Cəbrayıl rayonundan olan məcburi köçkünlər elektrik enerjisinin verilməməsinə etiraz məqsədilə yolu bağlamaq istəyiblər. Bu zaman polis müdaxiləsi nəticəsində qarşıdurma yaranıb. Rəsmi orqanlar tez-tələsik bu hadisəyə görə məcburi köçkünləri ittiham edib. Onların nəyə görə etiraz etməsi, polis müdaxiləsinin nə qədər adekvat olması bilərəkdən “unudulub”. Rəsmi məlumatda yalnız polislərin qarşıdurma zamanı xəsarət aldığı bildirilib. Hadisədən dərhal sonra orada olmuş köçkünlərin həbsinə başlanıb. Məlumatlara görə, təxminən 10 nəfər məcburi köçkün həmin hadisəyə görə saxlanılıb və onların barəsində cinayət işi açılaraq, həbs-qətimkan tədbiri seçilib.

Saytların yığılması Saytlarin yigilmasi

AXCP sosial problemlərini diqqətə çatdırmaq istəyən məcburi köçkünlərlə hökumət orqanlarının bu cür zorakı dildə danışmasını qətiyyətlə pisləyir. Dinc şəkildə etiraz aksiyası keçirmək ölkə vətəndaşlarının hüququdur. Biləsuvarda yolu bağlamağa cəhd etmiş cəbrayıllı köçkünlər də məhz bu hüquqdan yararlanmaq istəyib. Onlara qarşı qeyri-adekvat polis müdaxiləsi vəziyyəti gərginləşdirib və yersiz qarşıdurma yaranıb.

Həmin köçkünlərin işıqsız qalması hökumətin yarıtmazlığının nəticəsidir. Hökumət orqanlarının borcu o insanların etirazını dinləmək, problemlərinin həllinə çalışmaq olmalıydı. Öz hüququnu tələb edən vətəndaşların zorakılıqla və repressiya ilə susdurulması dövlətin adına ləkədir. Dövlət hakimiyyətini həyata keçirənlər buna görə məsuliyyət daşıyır.

Azərbaycan hökuməti yarıtmaz siyasəti nəticəsində yaranan problemləri həll etmək əvəzinə problemləri dilə gətirənləri repressiya etmək yolunu tutub. Biləsuvarda cəbrayıllı köçkünlərə qarşı indi edilənlər də bu qəbildəndir. AXCP bildirir ki, hakimiyyətin tutduğu bu yol yalnız ölkədə gərginliyi artıra, sosial-siyasi böhranı dərinləşdirə bilər. Hökumət orqanları vətəndaşlara öz fikirlərini ifadə imkanı verməli, onları dinləməli, problemləri ilə maraqlanmalı və həmin problemlərin həllilə məşğul olmalıdır. Narazı insanların üzərinə yalnız əli dəyənəkli polisləri göndərmək dövlət idarəçiliyi yox, qoçuluq əlamətidir.

AXCP tələb edir ki, bu hadisədən vətəndaşları repressiya etmək üçün istifadə olunmasın. Hadisəyə görə saxlanılan şəxslər barəsində həbs-qətimkan tədbiri ləğv edilsin və onlar azadlığa buraxılsın. Hadisə obyektiv araşdırılsın və obyektivliyə təminatın olması üçün prosesə ictimaiyyət nümayəndələri də cəlb olunsun. Polisin hadisə zamanı nə dərəcədə adekvat davrandığına xüsusi diqqət yetirilsin və gücdən aşırı istifadə halları olubsa, buna yol verənlər barədə müvafiq ölçü götürülsün. Hökumət orqanları həmin insanların yaşadığı sosial problemləri mümkün olan ən qısa zamanda həll etsin.

 

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button