2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

AXCP-nin Ədliyyə Nazirliyinə qarşı iddiası Avropa Məhkəməsinə göndəriləcək

Bu gün Bakı Apellyasiya Məhkəməsində AXCP-nin qurultayının nəticələrinin dövlət reystinə daxil edilməsindən imtina ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisad məhkəməsinin qərardadından verdiyi apellyasiya şikayətinə baxılıb.

Proses hakim Sərvət Hüseynovun sədrliyi ilə keçirilib.

Məhkəmədə AXCP-nin nümayəndəsi kimi çıxış edən Səməd Rəhimli işin mahiyyətini məhkəmə kollegiyasına çatdırıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırıb ki, AR İnzibati Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən və İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarına əsasən hazırki işin birinci instansiyası məhkəməsi qismində aiddiyyəti Bakı Apellyasiya Məhkəməsinin yurisdiksiyasındadır.

Aşağıdakılara əsasən hesab edirik ki, məhkəmənin qərardadı qanunsuz və əsassızdır.

Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında AR Qanunun 2.0.7-ci maddəsinə əsasən hüquqi şəxslərin dövlət qeydiyyatı – Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsidir.

Həmin Qanunun 2.0.8-ci maddəsinə əsasən hüquqi şəxslərin dövlət reyestri – Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində məlumatlar (qeydlər) məcmusudur.

Yuxarıda qeyd olunan hüquq normalarının hazırki işin hallarına tətbiqi əsasında bəlli olur ki, iddiaçılar siyasi partiyanın dövlət qeydiyyatına alınması yaxud siyasi partiyanın nizamnaməsinə və ya adına edilmiş dəyişikliklərin dövlət qeydiyyatına alınması ilə bağlı mübahisə ilə əlaqədar məhkəməyə müraciət etməyiblər. İddiaçılar növbəti qurultayda partiya sədrinin seçilməsi və rəhbər orqanları formalaşdırılması faktının dövlət reyestrinə alınmasında dair mübahisə ilə bağlı məhkəməyə müraciət ediblər. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında AR Qanununun 2.0.7 və 2.0.8-ci maddələrinə əsasən dövlət qeydiyyatı və dövlət reyestri anlayışları fərlqəndirilir. Dövlət qeydiyyatı anlayışına hüquqi şəxs statusu almaq istəyən qurumların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların qeydlərin dövlət reyestrinə daxil edilməsi aiddir. Dövlət reyestri anlayışı isə qeydiyyata alınmış hüquqi şəxslər barəsində məlumatlar (qeydlər) məlumatlar məcmusudur.

AXCP qeydiyyata alınmış hüquqi şəxs olduğu üçün o, AR İPM-nin 125.1-ci maddəsinin mənasında dövlət qeydiyyatı ilə bağlı iddia qaldırmış saıyla bilməz. Eləcə də iddiaçıların hazırki iddiasının məzmunu siyasi partiyanın nizamnaməsinə və adına edilmiş dəyişikliklərlə bağlı olmadığı üçün bu iddiaya AR İPM-nin 125.2-ci maddəsi tətbiq edilə bilməz.

Ona görə də məhkəmənin həmin qərara istinad edərək iddianı mümkün sayması əsaslı deyil”

Məhkəmədə iştirak edən Ədliyyə nazirliyinin nümayəndəsi məsələni məhkəmə kollegiyasının öhdəsinə buraxıb.

Müşavirədən sonra hakim apellyasiya şikayəti təmin edilməməsi barədə qərardad çıxarıb.

Məhkəmədən sonra Səməd Rəhimli Azadlıq qəzetinə açıqlamasında apellyasiya məhkəməsinin qərardadından kasasiya şikayəti verəcəklərini bildirib. “Kasasiya şikayəti təmin edilmədiyi halda yenidən birinci instansiya məhkəməsi kimi Bakı apellyasiya məhkəməsinə işin mahiyyəti ilə baxılması üçün müraciət olunacaq.

İddianın mümkün sayılmayaraq baxılmaması iddiaçıların Avorpa İnsan Hüquqları Konvensiyasının 11-ci , 13-cü və 18-ci maddələri ilə təsbit edilmiş hüquqlarının pozuntusudur. Yerli məhkəmə instansiyaları keçildikdən sonra Avorpa İnsan Hüquqları məhkəməsinə müraciət edəcəyik”,-deyə vəkil qeyd edib.

Xatırladırıq ki, AXCP 2015-ci il sentyabrın 27-də özünün növbəti qurultayını keçirilib. Açıq səsvermə ilə Əli Kərimli sədr seçilib və partiyanın digər seçkili orqanları formalaşıb. Qurultayın nəticələrinin dövlət reyestrinə daxil edilməsi üçün sənədlər Ədliyyə Nazirliyinə təqdim olunsa da, nazirlik məhkəməyə müraciət etməyi tövsiyə edib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianın mümkün sayılmaması barədə qərardad çıxarıb. AXCP və Əli Kərimli həmin qərardaddan apellyasiya şikayəti verib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button